“Radonej” XVI Beynəlxalq pravoslav kinofestivalının yekunlarına görə Vyaçeslav Orexovun ekranlaşdırdığı “Dünya barmaqların ucunda” filmi birinci mükafata layiq görülüb. Ən yaxşı pravoslav filmlərindən biri hesab olunan bu kinolentdə cərəyan edən hadisələr kor və lal-kar uşaqlar üçün təşkil olunmuş internatda yaşayan balacaların həyatından, onlara xidmət edən, qayğısına qalan, tərbiyə və təhsil verən insanların əməllərindən bəhs edir. Mütəxəssislərin yekdil rəyinə görə bu film xeyirxahlıq və mərhəmət, haqq və ədalət, şükranlıq və qədirbilənlik haqqında ən yaxşı dünya filmlərindən biridir.