Noyabrın 23-də İtaliyanın Neapol şəhəri yaxınlığındakı keçmiş kral sarayında “İtaliya və Moskva sarayı XV-XII əsrlərdə” adlı sərginin təntənəli açılış mərasimi olub. Orta əsrlərdə bu iki ölkə arasındakı mədəni əlaqələrə həsr olunmuş olduqca maraqlı və unikal sərgidə Moskva Kremlindən gətirilmiş 100-dən artıq eksponatın nümayiş olunduğu bildirilir. Bu eksponatların bir çoxunun indiyədək italyanlara məlum olmadığını nəzərə çatdıran yerli mətbuatın yazdığına görə, sərgilənən əşyaların içərisində XV-XVII əsrlərdə Moskvadakı Kreml sarayına məxsus olan və rus çarlarının şəxsi əşyası hesab olunan bir çox nadir rəsm əsərləri, tətbiqi-dekorativ sənət nümunələri ilə yanaşı, italyan sənətkarlarının düzəltdikləri silahlar da diqqəti cəlb edir. Belə silahlardan biri məşhur italyan silah ustası Komatsinin düzəltdiyi və Kreml sarayına hədiyyə etdiyi orta əsr tüfəngidir.
   Sərgidə nümayiş etdirilən eksponatların böyük əksəriyyətinin XV əsrdə yaşamış Moskva və bütün Rusiyanın çarı III İvana (1440-1505- ci illər) məxsus olduğu bildirilir. Bu unikal əşyaların içərisində ən qiymətlisi isə rus çarının başına qoyduğu tacdır. İtalyan zərgərləri tərəfindən ən müxtəlif qiymətli daş-qaşlardan düzəldilmiş bu tac sərginin ən maraqlı və qiymətli eksponatı hesab olunur.
   Bir aya yaxın davam edəcək sərginin qədim Kremlin panoramı təsvir olunmş afişasında “Sizi Kremlə dəvət edirik” sözləri yazılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar