İsveçrədə məscidlərdə minarələrin tikintisinə qoyulan qadağa bütün dünyada etirazla qarşılandı
   
   Avropa ölkələri məscid minarələrinin tikintisinə qadağa qoymağa başlayıb. Artıq İsveçrədə məlum referendumla belə bir qadağa qanuniləşib. Qeyd edək ki, İsveçrə hökuməti və parlamenti din azadlığı və milli dözümlülük ənənəsini əsas gətirərək qadağaya qarşı çıxırdı. İnsan hüquqları təşkilatları da əhalini təklifə səs verməməyə çağırmışdı. İsveçrədə qalmaqallı referendum qərarını şərh edən «Amnesty İnternational» («Beynəlxalq Amnistiya») nüfuzlu hüquq müdafiə təşkilatının Cenevrə bürosunun rəhbəri Manon Şik bildirib ki, referendumun keçirilməsinin hüquqiliyi mövzusu məhkəmədə qaldırılacaq. Belə ki, hazırkı qərar beynəlxalq hüququn pozulması deməkdir və İsveçrə tərəfindən dünya birliyi qarşısında üzərinə götürdüyü təəhhüdləri kobudcasına tapdalayır. ”Amnesty İnternational"ın nümayəndəsi onu da vurğulayıb ki, referendum qanunsuz olduğu qədər də mənasızdır.
   Belə ki, ekspertlərin rəyinə görə, hazırkı qərar İsveçrədə gedən sürətli islamlaşma prosesini nəinki dayandırmayacaq, əksinə, maraq mövzusu olduğundan daha da sürətləndirəcək. İsveçrədə təxminən 400 min müsəlman yaşayır və İslam bu ölkədə xristianlıqdan sonra ikinci geniş yayılmış dindir. Ölkədə minarəsi olan isə cəmi 4 məscid mövcuddur.
   Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın dediyinə görə, Avropada islamofobiya hallarının bu və ya digər şəkildə təzahürü və bunun sonradan daha da genişlənməsi təhlükəsi dini idarə yetkililərini çox narahat edir: «Biz belə məsələlərlə bağlı öz mövqeyimizi yüksək tribunalardan bildiririk. Hesab edirəm ki, bu addım dinlərarası dialoqa böyük zərbədir. İnsan hüquqlarının qorunduğu ölkə kimi daim misal çəkilən İsveçrədə İslam dininə qarşı belə münasibətin sərgilənməsi bizi çox məyus edir. Belə hallar digər ölkələrdə də təkrarlana bilər. Amma onu da qeyd etmək istərdim ki, Avropada vətəndaş cəmiyyəti fəallarının, dünyanın dini mərkəzlərindən olan Vatikanın minarələrə qarşı qadağalara etiraz etməsi çox təqdirəlayiqdir. Bunlar bizə ümid verir ki, dinlərarası dialoq görünən təhlükədən sovuşacaq».
   
   Fəxriyyə ABDULLAYEVA






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar