Qərb mətbuatında özünə geniş yer almış məlumatlara görə, Fransa hökuməti gələn il ölkənin milli mədəniyyət nümunələrini bütünlüklə rəqəmsal sistemə keçirməyi planlaşdırır. Bununla əlaqədar olaraq prezident Nikolya Sarkozi xüsusi göstəriş verib. Həmin sənəddə qeyd edlir ki, dünya mədəniyyəti xəzinəsinin tərkib hissəsi olan Fransa mədəniyyətinin bütün qiymətli və nadir nümunələrinin elektron variantı hazırlansın. Ən qədim dövrlərdən başlayaraq bu günümüzə kimi gəlib çıxmış bütün maddi və mənəvi mədəniyyət nümunələrinin rəqəmsal variantının yaradılması üçün dövlətin büdcəsindən 750 milyon avro ayrılsın. Bunula bağlı jurnalistlərin suallarını cavablandıran Nikolya Sarkozi onu da qeyd edib ki, bu işin həyəta keçirilməsi işinə dünyanın bir sıra tanınmış kompaniyaları, o cümlədən məşhur “GOOGLE” kompaniyası da dəvət olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar