Məşhur kinorejissor Ceyms Kemeronun “Avatar” filmi dünya kinoprokatı tarixində indiyədək misli görünməmiş uğur qazanıb. Bu barədə xəbərlər yayımlayan internet saytlarının məlumatında maraqlı faktlar vardır. Filmin şöhrət reytinqinə görə “Titanik”, “Kralın qayıtması”,”Üzüyün sahibi” filmləri ilə yanaşı durduğu bildirilir. ABŞ-da çıxan nüfuzlu qəzetlərdən biri “Avatar”ın iki həftə ərzində bir milyard dollara yaxın gəlir gətirdiyini bildirir. Filmin uğurlarından danışan mütəxəssis Bert Livinqstonun sözlərinə görə insanlar bu filmə mütləq baxmalıdırlar. Hətta ömründə bir dəfə kinoteatra getməyənlər üçün də “Avatar” əvəzsiz və baxılması zəruri olan filmdir.
   Maraqlıdır ki, yeni il ərəfəsində Havay adalarında istirahətdə olan ABŞ prezidenti Barak Obama da burada ailə üzvləri ilə birlikdə “Avatar” filminə tamaşa edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar