Yanvar ayından başlayaraq “Rus sirki” ilin rəmzi olan Pələng balası ilə birlikdə ölkə daxilində qastrol səfərinə çıxmağa hazırlaşır. Zəngin repertuarı və peşəkar kollektivi olan sirkin əsasən qış tətili günlərində məktəbliləri əyləndirəcəyi bildirilir. “RİA Novosti” agentliyinin məlumatına görə, adıçəkilən sirk bu ənənəni uzun illərdir davam etdirir. Uşaqların sevimlisi olan klounlar da qış tətili günlərində balaca dostlarının yanında olacaq, onları öz məzəli söz-söhbətləri və hərəkətləri ilə əyləndirəcəklər. Yüzdən artıq yaşayış məntəqəsində qonaq olmağı planlaşdıran sirk ustalarının ən maraqlı konsert nömrələrinin ilin rəmzi olan pələngin iştirakı ilə baş tutacağı bildirilir. Məlumata görə, sirkdəki əhliləşdirilmiş pələnglər əsasən məşhur Amur pələngləridir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar