Fevralın 16-da Vaşinqtondakı məşhur Con Kennedi adına Təsviri Sənət Mərkəzində Moskvanın Böyük Teatr truppasının qastrol tamaşaları başlanıb. Bu barədə məlumat verən internet saytlarında qeyd olunur ki, əvvəlcə ABŞ paytaxtının sakinləri “Spartak” baletinə tamaşa ediblər. İlk təqdimat tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda səhnəyə çıxaraq tamaşaçılara öz minnətdarlıqlarını bildirən aktyorların arasında tanınmış xoreoqraf Yuri Qriqoroviçin də olduğu bildirilir. Spartak rolunun ifaçısı İvan Vasilyev Amerika KİV-lərinə verdiyi müsahibədə bildirib ki, ilk tamaşanın Vaşinqtonda ehtişamla qarşılanacağını təsəvvürünə belə gətirmirmiş. Böyük Teatrın Vaşinqton qastrolları fevral ayının sonunadək davam edəcəkdir. Bu müddət ərzində okeanın o tayındakı teatr həvəskarları “Spartak”la yanaşı, “Yevgeni Onegin”, “Boris Qodunov”, habelə dünyaşöhrətli klassik rus bəstəkarları Rimski-Korsakovun, Medest Musorqskinin, Aleksandra Borodinin musiqi yaradıcılığı ilə də tanış ola biləcəklər. Pyotr İliç Çaykovskinin “Sonalar gölü” baleti isə qastrol səfərini yekun mərhələsində təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar