Tula şəhəri hələ XVI-XVII əsrlərdə Rusiyanın əsas silah istehsalı mərkəzinə çevrilmişdi. 1712- ci ildə I Pyotrun əmri ilə Tulada silah zavodu tikildi. I Pyotr belə bir əmr də verildi: «Silahları əbədi şöhrət üçün xatirə saxlamalı”. Bu əmrdən sonra Tula silah ustaları istehsal olunan nadur silah nümunələrindən xatirə kimi saxlamağa başladılar. Tula Silah Muzeyi 1873 -cü ildə fəaliyyətə başladı. İlk vaxtlar muzey zavodun otaqlarından birində yerləşirdi. Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə muzey üçün xüsusi bina ayrıldı. Nəhayət, 1924-cü ilin noyabrında muzey öz qapılarını ziyarətçilərin üzünə açdı.
   Muzey eksponatları dünyada analoqu olmayan nadir silah nümunələridir. Burada qədim muşketlər, tapança və karabinlər, artilleriya silahları və s. saxlanılır. Bu silahlar rusların fransızlar, isveçlilər və türklərlə apardıqları döyüşlərdə işlətdikləri silahlardır. Onları hamısı Tula silah zavodlarında hazırlanıb. Muzeyin girişində I Pyotrun abidəsi qoyulub. Rus çarı əlində çəkic, nəhəng dəmirçi görkəmində təsvir edilib. 1959-cu ildə muzey zavodun ərazisindən köçürülür. İndi onun eksponatları “Tula Kremli” adlanan binanın zallarında yerləşir. Eksponatlar arasında idman silahları xüsusi yer tutur. Bunlardan biri 1954-cü ildə Venesuelada keçirilən atıcılıq yarışlarında birinci yeri qazanmış tapançadır. Bu silah atıcılıq xüsusiyyətlətinə görə məşhur “Valter”i,”Kolt”u, “Xammer”i geridə qoyur. Silah barədə müzakirələr gedərkən məlum olur ki,onu ixtira edən mütəxəssis kordur, gözləri görmür.Bu isə böyük sensasiya yaratmışdı.
   Digər bir silah da öz qeyri-adiliyi ilə seçilir. ”Rekord” adlanan bu silahın istifadəsinə Avstraliyada keçirilən XIV Olimpiya oyunlarında qadağa qoyulmuşdu. Səbəb kimi onu göstərirdilər ki, ”Rekord” hədəfdə ancaq 10-luğu vurur. Silah tarixində belə bir hadisə birinci dəfə baş verirdi. Olimpiya komitəsi belə hesab edirdi ki, belə mükəmməl silah digər komandaların uğur qazanmasına imkan vermir.
   Muzeydəki miniatür silahlar zalı da maraq doğurur. Burada çəkisi 6 qram olan, kibrit qutusuna yerləşən tapança, ona məxsus buğda ölçüsündə güllələr saxlanılır. 1900- cü ildə Parisdə keçirilən dünya sərgisində bu silah Qran-priyə layiq görülüb. Bundan başqa, karandaşdan kiçik ov tüfəngi, bir neçə miniatür top, Şərq silahları, qərbi Avropa istehsalı olan odlu silahlar və digər nadir silah nümunələri də muzeyin inciləri sayılır.
   
   Hazırladı: Çingiz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar