Dünya şöhrətli italyan rəssamı Titsianın (Tiziano Vecellio, 1477-1576) “Müqəddəs söhbət: qucağında uşaq tutmuş Madonna Müqəddəs Lukanın və Yekaterina Aleksandrskayanın əhatəsində” adlı unikal rəsm əsəri yanvarın 27-də Nyu-Yorkda Sothebys evində hərraca çıxarılacaq. İndiyədək bu əsər şəxsi kolleksiyada saxlanılırdı. Rəsm əsəri 15-20 milyon dollar dəyərləndirilir.
   Avropa qanunvericiliyinə görə, milli və dünya mədəni irsinə aid olan rəsm əsərləri əvvəlcə milli muzeylərə və qalereyalara təklif olunmalıdır. Belə ki, 2009-cu il Titsianın “Diana və Akteon” əsəri London və Edinburq milli qalereyaları tərəfindən 71 milyon dollara alınıb. 2013-cü ildən sonra ehtimal olunur ki, Avropa bazarında məşhur rəssamın daha bir əsəri - “Diana və Kallisto” rəsmi də hərraca çıxarılacaq. 1560-cı ilə aid olan “Müqəddəs söhbət” əsəri isə 30 ildən çox idi ki, şəxsi kolleksiyada saxlanılırdı. İndi onun da hərraca çıxarılması qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar