İsa peyğəmbərin Cənubi Amerikada ikinci böyük heykəli
   
   Perunun paytaxtı Limada şəhərin yeni rəmzinə çevrilən və “Sakit okean İsası” adlandırılan heykəl ucaldılıb. Hakimiyyət orqanlarının səylərinə baxmayaraq, abidənin yaranması Moskvada I Pyotra qoyulmuş heykəl kimi, burada da böyük hay-küyə səbəb olub.
   37 metrlik heykəl (15 metrlik pyedestal daxil olmaqla) paytaxt Lima şəhərinin Çorilos rayonunun Morro Solar təpəliyində qoyulub. Heykəl elə yerləşdirilib ki, onu hətta gecə vaxtı 26 projektorun rəngbərəng işıqları altında Peru paytaxtının istənilən nöqtəsindən müşahidə etmək mümkündür. “Sakit okean İsası” zahiri görünüşcə nəinki Rio-de-Janeyro şəhərində qoyulan və bütün Cənubi Amerika ölkələrinin rəmzinə çevrilən məşhur “Bağışlayan İsa”nın heykəlini xatırladır.
   Qeyd edək ki, “Sakit okean İsası” heykəlinin hazırlanması uzun müddət gizli saxlanılıb. Ölkə prezidenti Alan Qarsiya iki həftə əvvəl onun başa çatması haqqında xəbər verib.
   Əzəmətli heykəlin tikintisi ilə bağlı ölkədə qalmaqallar başlayıb. Lima şəhərinin meriyası tikintinin əleyhinə çıxıb. Qeyd olunub ki, heykəlinin qoyulması ilə bağlı paytaxt sakinləri ilə heç kəs məsləhətləşməyib. Onun fikrincə heykəl körfəz sahilinin gözəl mənzərəsini pozur.
   
   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar