Qay Yuli Sezarın qətli şərəfinə basılmış "Mart idaları" adlı gümüş dinar hərraca çıxarılıb. Bu dinar dünyada ən nadir sikkələrdən sayılır. Dünya muzeylərində və şəxsi kolleksiyalarda cəmi 60 ədəd qalıb.
   Dinarın bir üzündə Sezarın qatili Brutun əksi, o birisində isə iki xəncər və qalpaq, həmçinin “Eid Mar” hərfləri həkk olunmuşdur. “Eid Mar” - "Mart idaları" Sezarın öldürüldüyü tarixi, e.ə. 44-cü il martın 15-ni bildirir.
   “Heritage” hərrac evinin nümayəndəsinin dediyinə görə, “Mart idaları" ölüm şərəfinə buraxılmış yeganə Roma sikkəsidir. Bu sikkələrin əksəriyyəti gümüşdən düzəldilib. Ancaq iki ədəd belə qızıl dinar da var ki, onlardan biri ötən il Britaniya muzeyində sərgiyə çıxarılmışdı.
   “Heritage” dinara 500 min dollar qiymət qoyub, əgər onu bu pula satmaq mümkün olsa, dinar yeni rekord müəyyənləşdirəcək. Hərrac sentyabrın 7-də Kaliforniyada keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar