Britaniyanın hakimiyyət dairələri məktəblilərə Milad Bayramı və Yeni il günündə qartopu oynamağı qadağan edib. İngilis mediasının məlumatına görə, “insanların həyatlarının təhlükə altına düşməsi və oyunun nəzarətdən çıxması”nın qarşısını almaq məqsədi ilə məktəblərin həyətlərində, habelə yaxınlığında qartopu oynamaq qəti qadağan olunub.
   Bununla yanaşı, iş yerlərində yolka bəzədilməsi, küçələrdə pantomima ustalarının vətəndaşlara şirniyyat və konfet atmaları, habelə Yeni İl gecəsi uşaqların qapı-qapı gəzərək mahnılar oxuyub şirniyyat yığmaları da yasaq edilib. Bundan əlavə, küçə və həyətlərdə quraşdırılıb bəzədilən yolkaların boylarının qısaldılması, süni yolkalardan istifadə olunması tövsiyə olunub. Britaniyanın əmək naziri Kris Qreylinqin dediyinə görə, bu qadağalar “ictimai sağlamlıq və təhlükəsizlik” baxımından tətbiq olunub.   

   Çingiz