Misir fironu Exnatonun həyat yoldaşı, şahzadə Nefertitinin məzarını alimlər neçə illərdir ki, axtarırlar. ABŞ-ın Arizona Universitetinin arxeoloqu Nikolas Rivz Misir fironu Tutanxamonun sərdabəsini tədqiq edərkən gizli qapıları xatırladan çatlar aşkarlayıb. Onun fikrincə, bu qapı Misir şahzadəsi Nefertitinin məzarına aparıb çıxara bilər.
Alimlər bu günədək bir çox məzarlar tapıb və onun Nefertitiyə məxsus olduğunu güman ediblər. Lakin sonralar bu, hər dəfə təkzib olunub. Amerikalı arxeoloqun mülahizəsi isə məntiqəuyğundur, çünki yalnız Nefertitinin məzarı Tutanxamonun sərdabəsinin qəribə planlaşdırılmasını izah edə bilər. Güman edilir ki, sərdabə əvvəllər şahzadə Nefertitiyə məxsus olub, 17 yaşında dünyasını dəyişən Tutanxamon isə sonradan oraya yerləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar