Sentyabrın 5-də Britaniyanın “Queen” qrupunun vokalisti Freddi Merkürinin anadan olmasının 70 illiyi şərəfinə Beynəlxalq Astronomiya İttifaqının kiçik planetlər mərkəzi 7473 saylı asteroidə onun adını verib. Mars və Yupiter planetləri arasında yerləşən asteroidlər kəmərində yerləşən fəza cismi müğənninin vəfat etdiyi 1991-ci ildə kəşf edilib.
Məlumata görə, Beynəlxalq Astronomiya İttifaqı Freddi Merkürinin unikal səsi və geniş vokal diapazonuna malik olduğu üçün asteroidə onun adını vermək qərarına gəlib. Eyni zamanda təşkilat Merkürinin bütün zamanların ən görkəmli rok ifaçılarından biri olduğunu vurğulayıb.