Müğənni Adel ana olmaq üçün karyerasına fasilə verəcək

 

Dünyaca məşhur britaniyalı müğənni Adel Las-Veqas (ABŞ) şəhərində qastrol səfərini başa vurduqdan sonra musiqi karyerasına uzun fasilə verəcək və bir neçə il səhnələrdə görünməyəcək.

16 dəfə “Qremmi” mükafatının qalibi olan sənətçi bu barədə Almaniyanın Münxen şəhərində  konsertində bildirib.

“Mən dincəlməliyəm. Son yeddi ildə mən özüm üçün yeni həyat qururam və indi onu yaşamaq istəyirəm. Sizi uzun müddət görməyəcəm. Bu inanılmaz uzun fasilə olacaq. Sizin üçün çox darıxacağam”, – deyən müğənni izdiham arasında göz yaşlarına da hakim ola bilməyib.

Müğənnin 2022-ci ilin noyabrında başlayan qastrol səfəri Las-Veqasdakı Kolizey Teatrında silsilə konsertlərlə noyabrın 23-də baş çatacaq.

36 yaşlı müğənni bir qədər əvvəl 42 yaşlı idman agenti Riç Polla evləndiyini açıqlayıb.

Keçmiş əri Simon Koneckidən Ancelo adlı 11 yaşlı oğlu olan sənətçi bir qız övladının da    olmasını istədiyini və bu üzdən “uzun karyera fasiləsi”nə çıxacağını deyib.