Disneylend şəhərciyi
   
   Bu sirli məkanda uşaqlar özlərini elə bil nağıllar aləmində, fantaziyalarında yaratdığı sehrli dünyada hiss edir. Mənə belə gəlir ki, bura nəinki uşaqların, hətta böyüklərin də marağını cəlb edir.
   
   Uolt Disney 1930-40-cı illərdə qızları ilə müxtəlif lunaparkları gəzdikdən sonra Disneylendin konsepsiyasını fikirləşib tapdı. İlk Disneylend Kaliforniyanın Disneylend parkı sayılır. 1955-ci ildə yaradılan park Los-Ancelesdən 60 km cənubda yerləşən Anaxaym şəhərində yerləşir. Bu park dünyada mövcud olan bütün Disneylendlərin ayrılmaz bir hissəsi kimi tanınır. Ərazidə üç hotel, suvenir dükanları, kafe və restoranlar da var.
   Orlando şəhərində yerləşən Disneylend Dünya Disneylendi adlanır. Yəni “Walt Disney World”. Bu parkın tikintisi üçün Disney qardaşları 11 min hektar ərazi satın alıblar. Layihə 100 milyon dollar həcmində maliyyə vəsaitinə başa gəldi. Park 1971-ci ildə açılıb.
   Hazırda Disneylendin Paris, Kaliforniya, Florida, Honq-Konq və Tokioda bənzərləri yaradılıb. Üstəlik hər bir ölkə bu yerə bənzər olan parkların tikilməsi üçün özləri səy göstərirlər. Balacaların sevimli yerinə çevrilən bu şəhərciklərdə uşaqlar həm əylənir, həm də nağıl qəhrəmanları ilə yaxından tanış olurlar.
   
   Hazırladı:
   Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar