Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müstəqil Dövlətlər Birliyinin (MDB) fəxri fərmanı ilə təltif olunub. MDB İcra Komitəsinin mətbuat xidmətinin məlumatına görə, fəxri fərmanı nazirə MDB-nin icra katibi Sergey Lebedev təqdim edib.
Ə. Qarayev MDB ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb. Mükafatın təqdimatı Moskvada MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının 25-ci iclası çərçivəsində keçirilib.