Ma­ri­ya Hü­sey­no­va: “Qo­naq­pər­vər­lik, is­ti mü­na­si­bət, bö­yük­lə­rə hör­mət xalq­la­rı­mız ara­sın­da ox­şar xü­su­siy­yət­lər­dir”
   
   A­zər­bay­can­da ya­şa­yan müx­tə­lif xalq­la­rın və ic­ma­la­rın mil­li özü­nə­məx­sus­lu­ğun və mə­də­ni ir­sin qo­run­ma­sı hər za­man döv­lə­tin diq­qət mər­kə­zin­də­dir. Məhz bu diq­qət və qay­ğı sa­yə­sin­də öl­kə­miz­də ya­şa­yan mil­li az­lıq­la­rın nü­ma­yən­də­lə­ri ic­ti­mai, mə­də­ni hə­yat­da fə­al iş­ti­rak edir. On­lar­dan bi­ri də bol­qar ic­ma­sı­dır.

   
   Qeyd edək ki, bol­qar­lar slav­yan xalq­la­rı qru­pu­na da­xil ol­sa­lar da, əs­lin­də bö­yük türk tay­fa­la­rın­dan bi­ri­nin adı­nı ya­şa­dır­lar. Əsr­lər bo­yu türk döv­lət­lə­ri­nin tər­ki­bin­də ol­duq­la­rı­nı da bu­ra əla­və et­sək, mən­zə­rə da­ha da ay­dın­la­şar. Təd­qi­qat­çı­lar bul­qar­la­rı (bol­qar, bal­kar və s.) Şi­ma­li Qaf­qaz çöl­lə­rin­də hun­lar­dan əv­vəl ya­şa­mış türk­dil­li tay­fa he­sab edir­lər. On­la­rın bir his­sə­si məhz Şi­ma­li Qaf­qaz­dan in­di­ki Er­mə­nis­tan əra­zi­si­nə gə­lib məs­kun­laş­mış­dır. Or­da "Bul­qar da­ğı" ad­lı to­po­nim in­di də möv­cud­dur. Bul­qar tay­fa­sı­nın adı "Də­də Qor­qud" epo­sun­da da çə­ki­lir. Er­kən or­ta əsr­lə­rə aid mən­bə­lər­də bul­qar­la­rın ka­zan, ça­kar, kol (kul), kuv­yar və ba­sil ad­lı tay­fa­lar­dan iba­rət ol­ma­sı gös­tə­ri­lir. Qər­bi Azər­bay­can­da - in­di­ki Er­mə­nis­tan əra­zi­sin­də Qa­zan ad­lı qa­la XII əsr­dən mə­lum­dur.
   XIX əs­rin son­la­rın­da Ba­kı­da ya­şan­mış neft bu­mu və sə­na­ye­nin gur in­ki­şa­fı ilə bağ­lı ola­raq Azər­bay­can­da slav­yan, ro­man və ger­man mən­şə­li xalq­la­rın nü­ma­yən­də­lə­ri də məs­kun­laş­ma­ğa baş­la­dı­lar. Bol­qar mil­li az­lı­ğı­nın öl­kə­miz­də məs­kun­laş­ma ta­ri­xi də hə­min döv­rə da­ya­nır. On­lar Azər­bay­ca­nın bir sı­ra yer­lə­rin­də, əsa­sən də Ba­kı, Gən­cə və Nax­çı­van­da ya­şa­yır­lar.
   O­nu da qeyd edək ki, hə­lə so­vet döv­rün­dən Azər­bay­can­la Bol­qa­rıs­tan ara­sın­da mə­də­ni əla­qə­lər tə­şək­kül ta­pıb. Bol­qa­rıs­tan Ni­za­mi Gən­cə­vi­nin, Şah İs­ma­yıl Xə­tai­nin ya­ra­dı­cı­lı­ğı və Azər­bay­can mə­də­niy­yə­ti ilə ta­nış­dır. Şə­ki və Qab­ro­vo qar­daş­laş­mış şə­hər­lər he­sab olu­nur. Həm Azər­bay­can, həm də Bol­qa­rıs­tan Bö­yük İpək Yo­lu marş­ru­tu­nun üzə­rin­də yer­lə­şən öl­kə­lər­dir.
   A­zər­bay­ca­n müs­tə­qil­li­yi­ni bər­pa et­dikdən son­ra Bol­qa­rıs­tan­la mü­na­si­bət­lər­də də ye­ni sə­hi­fə açıl­dı. 2005-ci il­də isə res­pub­li­ka­mız­da ya­şa­yan bol­qar­lar öz qu­rum­la­rı­nı ya­ra­dıb­lar. “Azər­bay­can-Bol­qa­rıs­tan Dost­lu­ğu­nun İn­ki­şa­fı­na Yar­dım” İc­ti­mai Bir­li­yi öl­kə­miz­də ya­şa­yan bol­qar mil­li az­lı­ğı­nın mə­də­niy­yə­ti­nin, ta­ri­xi-mə­də­ni ir­si­nin qo­run­ma­sı, Azər­bay­can və Bol­qa­rıs­tan ara­sın­da bü­tün sa­hə­lər üz­rə əla­qə­lə­rin ge­niş­lən­mə­si­nə öz töh­fə­si­ni ver­mə­yə ça­lı­şır. Bir­li­yin səd­ri Ma­ri­ya Hü­sey­no­va 132-134 say­lı Təh­sil Komp­lek­sin­də müəl­li­mə iş­lə­yir. De­yir ki, ça­lış­dı­ğı kol­lek­tiv­də heç za­man özü­nü yad hiss et­mə­yib: “Mək­təb­də mə­nim­lə bə­ra­bər gür­cü, yə­hu­di, rus ic­ma­sı­nın nü­ma­yən­də­lə­ri də iş­lə­yir. Bu gü­nə qə­dər bi­zə qar­şı heç bir ay­rı-seç­ki­lik gör­mə­mi­şik. Bu mə­nim üçün bö­yük fəxr­dir”.
   Ma­ri­ya Hü­sey­no­va Gən­cə­də ana­dan olub, ora­da or­ta mək­tə­bi bi­tir­dik­dən son­ra Ki­yev Uni­ver­si­te­tin­də təh­sil alıb. Bun­dan son­ra isə Azər­bay­ca­na qa­yı­dıb. Söh­bət əs­na­sın­da həm­söh­bə­tim bir çox öl­kə­lər­də ol­du­ğu­nu, am­ma Azər­bay­can­da­kı to­le­rant­lı­ğı heç yer­də gör­mə­di­yi­ni de­di: «A­zər­bay­can mil­li az­lıq­la­ra gös­tə­ri­lən meh­ri­ban mü­na­si­bə­tə, to­le­rant­lı­ğa gö­rə baş­qa öl­kə­lə­rə nü­mu­nə ola bi­lər: “Azər­bay­can döv­lə­ti bu­ra­da ya­şa­yan bü­tün mil­lət­lə­rin özü­nə­məx­sus­lu­ğu­nun və mə­də­ni ir­si­nin mak­si­mum də­rə­cə­də qo­run­ma­sı is­ti­qa­mə­tin­də fə­al si­ya­sət hə­ya­ta ke­çi­rir. Biz bu­nu hər za­man hiss et­mi­şik. Döv­lət sə­viy­yə­sin­də hə­mi­şə diq­qət və qay­ğı gör­mü­şük. Bol­qar­la­rın bu­ra­da hər han­sı prob­le­mi olur­sa, rəs­mi or­qan­lar ça­lı­şır­lar ki, həll et­sin­lər».
   
   Mə­də­niy­yət­lə­rin qar­şı­lıq­lı an­laş­ma­sı­na töh­fə
   
   Həm­söh­bə­ti­min to­xun­du­ğu ma­raq­lı mə­qam­lar­dan bi­ri də xalq­la­rı­mız ara­sın­da ox­şar xü­su­siy­yət­lər­lə bağ­lı ol­du: «A­zər­bay­can və bol­qar xalq­la­rı­nın ara­sın­da ox­şar­lıq çox­dur. Hət­ta iki xal­qın mil­li mu­si­qi­lə­ri­nin ko­lo­ri­tin­də ey­ni­li­yi hiss edi­rəm. Bə­zi söz­lər də var ki, ey­ni­dir. Mə­sə­lən, “pən­cə­rə”, “yor­ğan” və s. Bay­ram və adət-ənə­nə­lə­ri­miz də çox ya­xın­dır. Qo­naq­pər­vər­lik, is­ti mü­na­si­bət, bö­yük­lə­rə hör­mət - bü­tün bun­lar xalq­la­rı­mız ara­sın­da­kı bən­zər­lik­lər­dir”.
   Ha­zır­da Azər­bay­can­da 289 nə­fər bol­qar ya­şa­yır və on­lar ənə­nə­vi ola­raq bü­tün bay­ram­la­rı qeyd edir­lər. İc­ma Ba­kı Slav­yan Uni­ver­si­te­ti ilə də dai­m əla­qə sax­la­yır, uni­ver­si­tet­lə bir­gə “Azər­bay­can­da bol­qar­la­rın özü­nə­məx­sus­lu­ğu­nun və mə­də­ni ir­si­nin qo­run­ma­sı” möv­zu­sun­da təd­bir ke­çi­rib­lər.
   Ye­ri gəl­miş­kən, BSU-da Bol­qa­rıs­ta­nın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə Bol­qar Di­li və Mə­də­niy­yə­ti Mər­kə­zi ya­ra­dı­lıb. Mər­kəz 2004-cü il okt­yab­rın 7-də Bol­qa­rıs­tan Res­pub­li­ka­sı­nın pre­zi­den­ti Geor­gi Pır­va­no­vun iş­ti­ra­kı ilə açı­lıb. Mər­kə­zin əsas və­zi­fə­si Azər­bay­can və Bol­qa­rıs­tan ara­sın­da mə­də­ni əla­qə­lə­ri in­ki­şaf et­dir­mək, gənc­lə­rin hər iki öl­kə­nin mə­də­niy­yə­ti­nə, təh­si­li­nə, maa­ri­fi­nə və el­mi­nə ma­ra­ğı­nı ar­tır­maq və həm­çi­nin uni­ver­si­tet­də bol­qar­şü­nas­lıq is­ti­qa­mə­ti üz­rə təd­ris pro­se­si­nin tək­mil­ləş­di­ril­mə­si­nə kö­mək et­mək­dir. Tə­lə­bə­lə­rin Bol­qa­rıs­tan sə­fi­ri, kon­su­lu, hər­bi at­ta­şe­si və sə­fir­li­yin di­gər əmək­daş­la­rı ilə gö­rüş­lə­ri ke­çi­ri­lir. Gö­rüş­lə­rin möv­zu­la­rı müx­tə­lif sa­hə­lə­ri əha­tə edir: iq­ti­sa­diy­yat, si­ya­sət, mə­də­niy­yət və di­gər fəa­liy­yət sa­hə­lə­ri­nə to­xu­nu­lur. Bu gö­rüş­lər tə­lə­bə­lə­rə bol­qar di­li­nin öy­rə­nil­mə­sin­də kö­mək edir, nit­qi in­ki­şaf et­dir­mə­yə, həm­çi­nin Bol­qa­rıs­tan, onun adət və ənə­nə­lə­ri ilə da­ha ya­xın­dan ta­nış ol­ma­ğa im­kan ya­ra­dır. Bu­ra­da həm­çi­nin Bol­qa­rıs­ta­nın ta­ri­xi, mə­də­niy­yə­ti və adət­lə­ri ilə bağ­lı təd­bir­lər, bu öl­kə­nin döv­lət, mə­də­niy­yət və elm xa­dim­lə­ri ilə gö­rüş­lər təş­kil olu­nur. BSU Bol­qa­rıs­ta­nın ali mək­təb­lə­ri ilə də əla­qə sax­la­yır.
   A­zər­bay­can­da ya­şa­yan bol­qar­la­rın bi­zim mə­də­niy­yə­ti­miz­lə ta­nış­lı­ğı­nın ar­tı­rıl­ma­sı məq­sə­di­lə hər il mər­kəz­də Nov­ruz bay­ra­mı ke­çi­ri­lir. Be­lə təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si mə­də­niy­yət­lə­ri­mi­zin qar­şı­lıq­lı an­la­şıl­ma­sı­na im­kan ya­ra­dır.
   
   “Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi təd­bir­lə­ri­mi­zə dəs­tək ve­rir”
   
   “A­zər­bay­can-Bol­qa­rıs­tan Dost­lu­ğu­nun İn­ki­şa­fı­na Yar­dım” İc­ti­mai Bir­li­yi müx­tə­lif təd­bir­lər ke­çi­ril­mək­lə ya­na­şı, la­yi­hə­lər də real­laş­dı­rıb. M.Hü­sey­no­va­nın söz­­lə­ri­nə gö­rə, təş­ki­lat Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­denti ya­nın­da QHT-lə­rə Döv­lət Dəs­tə­yi Şu­ra­sı­nın ma­liy­yə yar­dı­mı ilə 2008-ci il­də “Azər­bay­can­da bol­qar­la­rın mə­də­ni ir­si­nin qo­run­ma­sı” la­yi­hə­si­ni hə­ya­ta ke­çi­rib: “Biz Ba­kı­da və Azər­bay­ca­nın böl­gə­lə­rin­də ya­şa­yan bol­qar­lar ilə çox­say­lı gö­rüş­lər ke­çir­dik. Əsa­sən Gən­cə­də ol­duq. Ora­da Sa­bir kü­çə­sin­də bol­qar­lar ya­şa­yır­lar. MDB mə­ka­nın­da ən bö­yük bol­qar ic­ma­sı olan Uk­ray­na­da da gö­rüş­lə­ri­miz ol­du”.
   Həm­söh­bə­tim Bol­qa­rıs­ta­nın Azər­bay­can­da­kı sə­fir­li­yi ilə dai­m əla­qə sax­la­dıq­la­rı­nı de­yir: “Sə­fir­lik ke­çir­di­yi təd­bir­lə­rə bi­zi də də­vət edir. Ey­ni za­man­da bi­zim də təd­bir­lərdə on­lar iş­ti­rak edir­lər. Sə­fir­lik­dən ça­lı­şır­lar ki, bi­zə kö­mək et­sin­lər. Hər za­man nə is­tə­mi­şik­sə tə­min edib­lər. Dai­m bi­zə ki­tab, şə­kil, film­lər və s. ma­te­rial­lar ve­rir­lər”.
   İc­ti­mai Bir­lik “Ak­kord” ad­lı jur­nal da tə­sis edib və onu mün­tə­zəm nəşr edir. Xa­ric­də də ya­yı­lan jur­nal Azər­bay­can­la bağ­lı, bol­qar ic­ma­sı­nın fəa­liy­yə­ti ba­rə­də müx­tə­lif ya­zı­lar dərc olu­nur. Jur­nal Azər­bay­can hə­qi­qət­lə­ri­nin ya­yıl­ma­sı, Dağ­lıq Qa­ra­bağ prob­le­min­də haq­lı və əda­lət­li möv­qe­yin dün­ya­da təb­li­ği­nə də diq­qət ayı­rır.
   Həm­söh­bə­tim de­yir ki, mə­də­ni müx­tə­lif­li­yin qo­ru­nub in­ki­şaf et­di­ril­mə­si üçün et­no­linq­vis­tik çox­luq və az­lıq­lar ara­sın­da mü­na­si­bət­lə­rin, xalq­la­ra­ra­sı dost­lu­ğun təb­li­ği­nə dəs­tək çox va­cib­dir: “Azər­bay­can Res­pub­li­ka­sın­da bü­tün et­nik, di­ni və linq­vis­tik qrup­la­ra qar­şı to­le­rant­lıq hökm sü­rür, bü­tün və­tən­daş­lar ki­mi bol­qar­lar üçün də ic­ti­mai hə­yat­da fə­al iş­ti­rak et­mək im­ka­nı ya­ra­dı­lıb. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi mə­də­ni təd­bir­lə­rin ke­çi­ril­mə­sin­də bol­qar mil­li az­lı­ğı­na dəs­tək ve­rir. Müx­tə­lif mə­də­ni təd­bir­lər ke­çi­ri­rik. Bu dəs­tə­yə gö­rə na­zir­li­yin rəh­bər­li­yi­nə min­nət­dar­lı­ğı­mı­zı bil­di­ri­rik».
   
   Meh­pa­rə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar