Noyabrın 25-də Batumidə tanınmış tenor Plasido Dominqonun konserti keçiriləcək. Konsertə böyük hazırlıq işləri aparılır. Konserti 5-7 min insan izləyə biləcək, konsertin keçiriləcəyi Pyassa meydanında 1500 oturacaq yerləşdiriləcək.
   Konsertdə iştirak etmək istəyənlər üçün xüsusi paketlər hazırlanır, bu paketlər Azərbaycan və Ukraynada da satışa çıxarılacaq. Paketə konsertə bilet (oturacaqlı) 250 lari (111,5 manat), oteldə 35-40 faizli endirimlə qalmaq, restoran və klublarda 15 faizli endirim, eləcə də Batumidə pulsuz tur daxildir. Aviabiletlərə endirimlərin olacağı da istisna deyil.