Mu­zey işi sa­hə­sin­də ilin ən mü­hüm ha­di­sə­si av­qus­tun 26-da Azər­bay­can Xal­ça Mu­ze­yi­nin ye­ni bi­na­sı­nın açı­lı­şı ol­du. Bü­kül­müş xal­ça for­ma­sın­da in­şa olu­nan bi­na ori­ji­nal me­mar­lıq nü­mu­nə­si ki­mi Ba­kı­nın ye­ni rəmz­lə­rin­dən bi­ri­nə çev­ri­lib. “A­zər­bay­can Xal­ça Mu­ze­yi­nin ye­ni bi­na­sı­nın mad­di-tex­ni­ki tə­mi­na­tı haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2013-cü il 29 de­kabr ta­rix­li sə­rən­ca­mı­nın ic­ra­sı­na uy­ğun ola­raq bu­ra­da yük­sək sə­viy­yə­də bə­dii tər­ti­bat hə­ya­ta ke­çi­ri­lib və mu­zey müa­sir tex­ni­ki ava­dan­lıq­la təc­hiz edi­lib.
Hər il ol­du­ğu ki­mi, bu il də 18 may - Bey­nəl­xalq Mu­zey­lər Gü­nü ilə müx­tə­lif təd­bir­lər, “Mu­zey­lər ge­cə­si” ak­si­ya­sı ke­çi­ril­di, bü­tün mu­zey­lər­də “A­çıq qa­pı” gü­nü elan edil­di. Bun­dan əla­və, Azər­bay­can Mil­li İn­cə­sə­nət Mu­ze­yin­də mu­zey kol­lek­si­ya­la­rı­nın po­pul­yar­laş­dı­rıl­ma­sı məq­sə­di­lə “U­çan mu­zey ar­te­fakt­la­rı” ad­lı ak­si­ya və “Bri­tish pet­ro­leum” neft şir­kə­ti­nin dəs­tə­yi ilə “A­zər­bay­can in­cə­sə­nə­ti fo­toq­raf­la­rın gö­zü ilə” ad­lı mü­sa­bi­qə­nin mü­ka­fat­lan­dır­ma mə­ra­si­mi ol­du. İCOM-un Mil­li Ko­mi­tə­si­nin qə­ra­rı ilə “Qa­la qo­ru­ğu” Ar­xeo­lo­ji Et­noq­ra­fik Mu­zey Komp­lek­sin­də Ba­kı və di­gər re­gion mu­zey­lə­ri­nin iş­ti­ra­kı ilə bə­dii, əy­lən­cə­li təd­bir və müx­tə­lif mu­zey­lə­rin səy­yar sər­gi­lə­ri təş­kil edil­miş­di.
Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi ilə Pre­zi­dent ya­nın­da Gənc­lər Fon­du, Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun (Da­vos Fo­ru­mu) Qlo­bal Gənc­lər Bir­li­yi­nin Ba­kı nü­ma­yən­də­li­yi ilə bir­lik­də 27-28 sent­yabr ta­ri­xin­də Xal­ça Mu­ze­yin­də Dün­ya Tu­rizm Gü­nü və Av­ro­pa Mə­də­ni İrs Gü­nü­nə həsr olun­muş “Mu­zey­də bir ge­cə” ad­lı la­yi­hə də rən­ga­rəng təd­bir­lər­lə yad­da qal­dı.
Böl­gə­lər­də ye­ni mu­zey bi­na­la­rı­nın in­şa­sı da­vam et­mək­də­dir. Pre­zi­dent İl­ham Əli­ye­vin iş­ti­ra­kı ilə sent­yabr ayın­da Ho­ra­diz şə­hə­rin­də Fü­zu­li Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi­nin açı­lı­şı ke­çi­ril­di. Bu, cəb­hə böl­gə­sin­də fəa­liy­yə­ti­ni bər­pa et­miş ilk mu­zey­dir.