Yoxsa, həm də “meymunluq” edəsi il?..

Deyəsən, hər ikisindən. Əlbəttə, bu oyunbazlığı, sovet vaxtları hər “qarşıdan gələn”ini “illər-illər, ay illər, Gözəl illər, ay illər, Gülüstana çevirmiş - səhraları nəsillər!” - deyə öydüyümüz təqvim ili yox, bünövrəsini çoxdan qoymuş və artıq bir sıra “quzu ölkə”nin dərisini soymuş Qurd dövlətlər edəcəklər...

Yeni il...
Bəşər həyatındakı bu fenomen yenilik haqda dünya mətbuatının, televiziya və radiolarının nələr-nəmənələr yazıb-söyləməsi öz yerində, hər kəs, hamı öz ürəyində yaxşı gün-güzəran üçün Allaha dualar edir.
Sakitlik, stabillik məsələsi isə tamam başqa “məsələ”dir. İnsanların nadürüstləri, dövlətlərin avantüristləri normal şəraitlə razılaşa bilərlərmi? Bəs heç vaxt insani iş-ixtisasla məşğul olmamış adamlar, liderlik arzusu ilə illər boyu bəd layihələr, qədərsiz silah-sursatlar istehsal etmiş dövlətlər nə etməlidirlər? Bu əməl-alətlərini necə reallaşdırmalıdırlar? Əsrlərdir sərvətlərini, “ağ qızıl”-“qara qızıl”larını sorub, öz dillərini, əxlaqlarını, üstünə qarəvəzi pambıq-parça yağdırıb “qış” ili etdikləri “yolka”larını sırıdıqları müsəlman dünyasını qara geyindirmək üçün boşmu dayansınlar? Təbiətin təbii oyanışını - ot-əncər dənzərişini, gül-çiçək, tur-tumurcuq ditdəyişini “Novruz” adıyla bayramlayan müsəlman dünyasını...
Yaxşı ki, belə-belə işlərin təhvil-tədqiqat görsəntiləri üçün güzgüyə ehtiyac yoxdur. Yoxsa, bəzi səbəblərdən çox zaman adları konkret hallandırılmayan elələri bu məsələdə də baxardılar güzgülərə, adlarını qoyardılar özgələrə.
Fərqindəyikmi, son “yeni il”lərdə yeni-yeni “imperializm”lər çıxır dünya meydanına. Onlar gah müharibə-münaqişə edən tərəflərin hər ikisinə “düz eləyirsən” deyir, gah işğalçıya maddi yardım, işğala məruz qalana “dəstək” verir, dovşanın bərk qaça, tazının yaxşı tuta bilməməsinə təəssüfləndiklərini bəyan edirlər. İndi də - pullarbaşı etməyə çalışdıqları “Dollar” müəllimin ümumdünya mühazirəsilə “çörək imtahanı”...
Bu və ya digər səbəblərdən “fil qulağında yatanların” yatırlarını soyub varlanan, “it” ilindənbir də onların birinə “tulapayı” verib, növbəti korporativ fırıldaqlarını həyata keçirənlərin bu “meymun”qabağı siyasi oyunları barədə fikirləşərkən poetik düşüncələrə də daldım. Belə ki, bu müasir qeyri-leqal imperializmin leqal “klassik”lərindən biri ən çətin dövrlərdə bizim şairlərə nələr yazdırmırdı! Məsələn, “Ələmdən nəşəyə”...
Deyəsən, neo-imperializmin “prezident”, “baş nazir”, “konqresmen” və sair adlı kralları, şahları indilərin “ideoloq”, “politoloq” şairlərinin dilindən müasir “məzlum xalqlar”a başqa poetik pritçalar yazdırmaq istəyirlər. Bunu belə də konkretləşdirmək olar: “Nəşədən ələmə”...
Yox, cənablar, nə qədər zilə çıxsanız da, sizdən çox-çox yuxarıda Tanrı var! Hələ bunu demirik ki, biz belə “meymun”ları 1992 və 2004-də də görmüş, bir çox çətinlikləri, bizim klassik aşiq və əlaçığımız Məşədi İbad demişkən, “çox təcürbədən keçirmişik”. İnşallah, sizin makedoniyalı Aleksandrdan, almaniyalı Adolfdan xilas olmağı bacarmış bu bəşər, sizin özünüzdən də qurtarar, cənab mənfur strateq, ideoloq və politoloqlar!

Bəs...

Görək “it ilindən bir” yeni bir söz, bu gidi dünyanın gedişatından təzə bir anti-hədis söyləyən astroloqlar nə deyirlər bu meymun ili barədə?..
Çin təqviminə görə, 2016 qırmızı meymun üstündə təhvil olacaq. Əsas ünsürü isə od! Deyəsən, adındakı mər-məzədən çıxış edərək, çox şən, maraqlı və dinamik keçəcəyini də qeyd edirlər. Amma “əmma”ları da var; “bununla yanaşı, 2016-cı ilin qeyri-stabil keçəcəyi, insanların şəxsi və ictimai planlarının tez-tez dəyişəcəyi, hərdən pozulacağı da ehtimal olunur”. Güman ki, bu “ehtimal”da bizim xalqımız daha “şanslı” olacaq. Nədən ki, bizim əsas problemimiz soyadları qafiyə-rədifcə bu heyvanların ən “gözəl”i, oyunbazı, sədaqətsizi hesab edilən obezyanlara qohumlarla bağlıdır...
Astroloqlar bunu da bəyan edirlər ki, xüsusən, biznes sahəsində ciddi risklər olacaq və bundan yalnız “yüz ölç, bir biç” düşüncələri, habelə ağır əmək hesabına qurtarmaq olar.
Bu abstrakt elm sahəsilə məşğul olanlar belə proqnozlayırlar ki, meymun ilində doğulmuşlar (hətta, bunu meymunların özlərinə şamil edənlər də var) ən etibarsız, ziddiyyətli, amma həm də ağıllı, zirək, çevik, orijinal adamlar sayılırlar. Guya elə bir fəaliyyət növü yoxdur ki, onlar orada əl-qol aça bilməsinlər. Özü də onlar hər işi, bax-bax, elə bu an, bu dəqiqə görmək istəyirlər. Çox temperamentli, öz bildiklərini edən, tez qızışan “meymun”lar həm də asanlıqla yola gələn adamlardır. Müstəqil qərar qəbul edən, maneçilik olmadıqda şöhrət qazana bilən, hər nə baş verdisə, dərhal öyrənib-bilmək istəyəndilər. Hətta onlar başqa “il”lilərə nisbətdə öz sabiq həmkarlarının doğum tarixçələrini də əzbərdən söyləyə bilirlər. Deyim ki, mən özüm də bunun şahidi oldum; dünən meymunillilərin üçünə dedim üzügeri say görüm, hər üçü nəfəs dərmədən başladı: 2016, 2004, 1992, 1980, 1968, 1956, 1944, 1932, 1920, 1908... Onlardan biri də qayıdasan ki, kifayətdi, müxbir qardaş, 19-cu əsrə keçməyək. Çünki bizim bu hesabımız eramızdan, sizin yazınız isə əndazədən o yana çıxa bilər...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar