Xalqımızın yaşamında təbiət hadisələrinə inam ayrıca yer tutur. El təqviminə görə, yanvarın 31-dən Azərbaycanda kiçik çillə başlayıb. “Çillə” - ağrı, acı, əzab deməkdir ki, bu da qışın sərtliyinin insan düşüncəsində obrazlaşmış ifadəsidir. Xalq arasında kiçik çilləyə bədii şəkildə “qışın oğlan çağı” da deyirlər.
Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək isə boz aydır.
Artıq neçə gündür ki, ölkəmizdə kiçik çillə başlayıb. Necə deyərlər, “qışın oğlan çağı”na girmişik.
Əski inanclara görə, kiçik çillə yarı olanda Xıdır Nəbi mərasimi də keçirilir.
Soltan