Noyabrın 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İlham Əliyev və Azərbaycan teatr sənətində yeni mərhələ” mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
   Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev konfransın əhəmiyyətindən, dinləniləcək məruzələrin Azərbaycan müasir teatr tarixinin təhlili və araşdırılmasına verəcəyi töhfələrdən söz açıb.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev konfransda geniş nitq söyləyib.
   Tədbirdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət sahəsinə, sənətçilərə diqqət və qayğılarını əks etdirən film nümayiş olunub.
   Konfransda “İlham Əliyev və yeni qəbul edilmiş teatr qanununun teatr sənətinin inkişafındakı rolu”, “Teatr sənətində vətəndaşlıq mövqeyinin inkişafında Prezident İlham Əliyevin rolu”, “Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya olunmasında İlham Əliyevin rolu” mövzularında məruzələr dinlənilib.
   Qeyd edək ki, konfrans barədə geniş material qəzetimizin növbəti sayında dərc olunacaq.