Dekabrın 3-dən 5-dək “Bakı Expo Center” Sərgi Mərkəzində Özbəkistan Respublikasının Milli Sərgisi keçiriləcək. Sərgidə Özbəkistan iqtisadiyyatının müxtəlif sahələrini, tarixi və mədəni irsini, xalq yaradıcılığını əks etdirən stendlər nümayiş olunacaq.
   Paytaxt sakinləri və qonaqlar sərgi ilə dekabrın 3-də saat 12:00-dan 17:00-dək, dekabrın 4-5-də isə saat 10:00-dan 17:00-dək tanış ola bilərlər. Sərgi ilə tanış olmaq istəyənlərə bildirilir ki, sərgi keçirildiyi müddətdə metronun “Nəriman Nərimanov” stansiyasından “Bakı Expo Center” Sərgi Mərkəzinə (Suraxanı rayonu, Heydər Əliyev prospekti, Aeroport dairəsi) pulsuz avtobuslar təşkil olunacaq.