Dekabrın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi keçirilir. Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərini və Ağcabədi rayonunu əhatə edən müsabiqənin ilk mərhələsinə dekabrın 10-da yekun vurulacaq. Müsabiqənin növbəti turu 15 və 16 dekabr tarixlərində Bakı şəhərində təşkil olunacaq. Bu mərhələdə zona turlarının qalibləri mübarizə aparacaq.