Axşamdan xeyli keçmişdi, telefona zəng gəldi. Dəstəyi qaldırdım. Qazax Rayon Xeyriyyə Jəmiyyətinin sədr müavini Rövşən Babanlının səsini ilk andaja tanıdım.
- Hüseyn Arifin qızı Səhər xanım bir məsələ ilə bağlı iş yerinizə gəlmək istəyir. Olarmı?
- Olarmı nə sözdü, Rövşən müəllim, lazımdır mən onun görüşünə gedim.
Bu qısa telefon dialoqunun sonralar mənim yaddaşımda tez-tez səslənəjəyini, ötmüşləri dönə-dönə qaytarajağını ağlıma da gətirməzdim. Düşünməzdim ki, az vaxt keçəjək onu qəmli bir hekayənin tarixçəsi kimi xatırlayajağam.
Üstündən bir-iki gün keçdi. Səhər xanım zəng elədi.
- Rövşən müəllim deyir ki, sizin işdə atamın Heydər Əliyevlə birgə fotolarını görüb. Mümkündürsə, həmin şəklin bir sürətini atamın Ağstafadakı ev-muzeyinə verəsiniz. Mən həmin muzeyin direktoruyam.
- Səhər xanım - “o fotoları mütləq tapıb sizə çatdırajağam” - deyib, dəstəyi yerə qoydum.
Qulağıma Hüseyn Arifin səsi gəlirdi. Əzgin, yorğun səsi. Nədən qəhərləndiyimi özüm də bilmirdim.
...Qonşumuzdakı toy məjlisini tovuzlu aşıq Əkbər Jəfərovla Çopur Ələsgər aparırdı. Aşıq Əkbər şairin «Meşəbəyi» şeirini elə avazla oxudu ki, ondan sonra bütün meşəbəyilərə qeyri-adi insanlar kimi baxmağa başladım. Sonralar şairin «Pioner» curnalında «Qızım Səhərə» şeirini oxudum. Bəzi misralar indi də yadımda qalır.
Gözüm gözündə qalır,
Əl-üzünü yuyanda.
Nəfəsim genişlənir,
Nəfəsini duyanda.
Mehriban, gülərüz Səhər xanım bir gün həyat yoldaşı Kamil Rəhmanzadə ilə iş yerimə gəldi. O, Hüseyn Arifdən, etibarlı-etibarsız insanlardan, dünya və onun qəribə işlərindən, vəfasızlığından danışdı. Görəndə ki, onun gözləri dolur, söhbətin yönünü dəyişməyə çalışdım. Ürəyi əməllijə dolu idi. Səhər xanımı başa düşürdüm. İllər dolanır, nəsillər təzələnir, Hüseyn Arifi arayıb axtaranlar, doğma nəfəslər azalır. Bayaq isti görünən dostlar, tanışlar, qohumlar soyuq təsir bağışlayırlar. Səhər xanım ötən günlərin nostalcisi ilə yaşayır:
- Atamın fondunu yaratmaq istəyirəm. Bilmirəm, hardan başlayım.
Unudulmaz şairimiz Jabir Novruzun oğlu Müşfiqə zəng elədim.
- Müşfiq, Hüseyn Arifin qızı Səhər xanım qonağımızdır. Jabir müəllimin fondunu yaratmısınız. Bəlkə Səhər xanıma da hansı sənədləri nejə düzəltmək barədə köməklik göstərəsiniz.
Müşfiq janla-başla razılıq verdi.
Bakı Mətbuat Klubunda «Qazaxdadır» kitabının təqdimat mərasiminə toplaşmışdıq. Səhər xanım da orada iştirak edirdi. Gözəl bir çıxış da elədi.
Elə buradaja bildirdi ki, Hüseyn Arif fondu artıq qeydiyyatdan keçib, yaxın günlərdə təqdimatı olajaq. Arada təşəkkür elədi ki, bu işdə mənim də zəhmətim olub. Sadəjə, Səhər xanıma haradan və nejə başlamaq barədə istiqamət vermişdim. «Şərq» qəzetinin redaktoru, qələm dostum Akif Aşırlının da diqqət və köməyini xüsusi minnətdarlıqla vurğuladı. Bəli, Səhər xanım yaxşılıqları unutmayan insan idi. Hüseyn Arif fondunun təqdimat gününü gözləyirdim. Nəzərdə tutulan aylar gəlib keçirdi. Xəbər-ətər isə yox idi. Aprel, may, iyun, iyul…
Fikirləşirdim ki, yəqin Səhər xanım elə-belə təqdimatsız-filansız işə başlamağı üstün tutub.
Hər halda, artıq Hüseyn Arif fondu var dedim və ürəyimdən ani bir rahatlıq keçdi. İl təzələndi. 2008-ji ilin fevral ayının son günləri idi. Qələm dostum Rafiq Səməndərdən eşitdim ki, Hüseyn Arifin qızı Səhər xanım rəhmətə gedib.
Adətən belə hallarda «İnanmadım» deyirlər. Mən həqiqətin həqiqət olduğuna inana bilmirdim. Nə qəzetlərdə oxumuşdum, nə də kimsənin dilindən bir xəbər eşitmişdim.
Ani olaraq şairin nakam oğlu Arifin fajiəli ölümünü xatırladım. Hüseyn Arifin Füzuli küçəsindəki evində yas mərasimi keçirilirdi. El-oba tökülüb gəlmişdi. Hüseyn müəllimə başsağlığı verməkdən ötrü uzun-uzadı bir növbə düzülmüşdü. İndi şairin balası az qala bir aydan çoxdur dünyasını dəyişib, amma...
«Ay səni, gidi dünya!» - deməkdən savayı əlimdən başqa nə gələ bilərdi? O biri tərəfdən də ürəyimdən bir mahnının sözləri keçdi.
Dünya köhnə dünyadır,
Adamları təzədir…
Evə qayıdan kimi telefonlarını yığdım. Mənzildəki telefon susurdu. Səhər xanımın mobil telefonuna zəng etdim. İçimdə kiminsə javab verəjəyinə ümid edirdim. Xoşum gəlməyən, az qala əsəblərimi titrədən sözlər: «Zəng etdiyiniz telefon ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır».
Övlad itkisinin nə olduğunu bilirəm. Düz on üç ildir qızım Sevinji itirmişik. İllər uzaqlaşır, həsrətimin üstünə qırov düşüb, qar səpələnir. Kənardan baxanlara bəlkə də elə gəlir ki, hər şey uzaqlaşır. Amma o narın qırovun, soyuq qarın altından bəzən elə bir susqun vulkan püskürür ki, döz görüm, nejə dözürsən.
Evlərinə növbəti zəngimə həyat yoldaşı Kamil müəllim javab verdi.
- Ay Kamil müəllim … Düzdür dedi. Həmin axşamı aşağıdakı misralarla yola verdim.
Ey ölüm, hər başda fırlandı qadan,
Yaranan yarandı səndən dərd dadan.
Hüseynin Səhəri köçdü dünyadan,
Görən bu xəbəri el biləjəkmi.
Tufanlar gülzarı xər-xəzəl edib,
Bahar var payızın adına gedib.
Sarı yarpaqların badına gedib,
Yaşıl yarpaqlar da töküləjəkmi.
Əjəl hər əlində bir oraq gələr,
Uzaqdan, yaxından min soraq gələr,
Yazın nəfəsilə açan qönçələr,
Rüzgar dönər olsa, büküləjəkmi.
Təbiblər, yığılın bir çarə deyin,
Bu jür ağrılara dözməz baş, beyin.
Arifin dərdindən ölən Hüseyn,
Səhərin dərdindən diriləjəkmi.
Səhər xanım ölümünün yaxınlaşdığı, ömrünün sanılı günlərinin qaldığı barədə heç kimə, heç nə demirdi.
Amma bunun əvəzinə möhkəm tələsdiyini büruzə verirdi. Yarımçıq işləri tamamlamağa çalışırdı:
- Tələsib atasının, doğmalarının qəbirüstü abidələrini bərpa elətdirdi.
- Tələsib nəsillərinin «Nəsil ağajı»nı «əkdi». Kimin kimə nejə bağlandığını bir nəslin, bir soyun hardan gəldiyinin «şəklini» çəkdi. Onu ən əziz eksponat kimi muzeyin lap girəjəyində öz əlləri ilə asdı.
- Tələsib Hüseyn Arifin ev-muzeyinin təmirini başa çatdırdı.
- Tələsib Hüseyn Arif fondunu qeydiyyatdan keçirdi.
Nə qədər tələssə də, tamamlamadığı xeyli işlər qaldı. Özünün dediyi kimi, birinji dərəjəli işləri vaxt çatdırıb görə bildi.
- Hər il yay aylarında yığışıb Ağstafaya gedirdilər. Həmin yay bir az da sevinjək getmişdilər. İlk nəvələri dünyaya gəlmişdi.
Gedəndən bir-iki gün sonra Səhər xanım mədəsindən şikayətlənməyə başlayır. Yerli həkimlərə mürajiət edirlər. Dava-dərman kömək eləmir. Dostlar-tanışlar, doğmalar gəlib onlara baş çəkirlər. Hüseyn Arifin Ağstafadakı yurdunun işıqları yenə səhərədək yanır.
Həkimlərin qoyduqları diaqnoz dəqiq olmur, müalijələr təsirsiz qalırdı. Orada görüşlərə dəvət olunur. Təbiətən mehriban, gülərüz adam olan Səhər xanım ağrılar içində çırpınsa da qohum-qardaşlarla, doğmalarla görüşə «yox» deyə bilmirdi. Amma amansız xəstəlik sarmaşıq kimi gizli-gizli onun içinə, varlığına sarmaşa-sarmaşa daxili güjünü əlindən alaraq, heydən salırdı. Bu çətin anlarda o, Ağstafa Rayon İjra Hakimiyyətinin keçmiş başçısı Jümşüd Musayevi tapıb ona minnətdarlıq etmək istəyirdi. Jümşüd müəllim Səhər xanımın böyük bir nigarançılığına son qoyaraq Hüseyn Arifin, onunla yanaşı uyuyan şairin anası Qəndab xanımın, ömür-gün yoldaşı Məleykə xanımın, oğlu Arifin qəbirüstü abidələrinin yenidən bərpa olunub, səliqə-sahmana salınmasında diqqət və qayğı göstəribmiş. Lakin Səhər xanım bu «Sağ ol»u sahibinə çatdıra bilmir.
Səhər xanımın sağalmaz xəstəliyə tutulmasından yaxın qohum-əqrəba da xəbər tutur. Lakin ağır və çətin günləri Səhər xanımla birgə Kamil müəllim, oğlu Tural, qızı Günel yaşayırlar. Əzabları isə yalnız onun özü çəkir. Ağrılar günü-gündən daha kəskin xarakter alır. Yuxusuz gejələr, narahat günlər başlayır. 2007-ji ilin dekabr ayının sonlarında «hər şeyin bitdiyi»ni deyən həkimlər birdən-birə Səhər xanımın üzərində jərrahiyyə əməliyyatı aparmağa qərar verdilər. Bəlkə bu bir eksperiment xarakteri daşıyırdı? Əməliyyatın üçünjü günü daha dəhşətli bir sindrom özünü göstərir. Amansız xəstəlik bütün bədən boyu hüjuma keçir. Səhər xanımın beyni iflij olur. O, danışmaq qabiliyyətini də itirir, əlləri yanına düşür. Təzə il bir ailə üçün təzə və dözülməz dərd-sərlə gəlir. Səhər xanım səhərlərin açıldığını, axşamların nejə düşdüyünü anlaşdıra bilmir. Jəmisi bir il ondan əvvəl atasının, doğmalarının məzarlarını səliqə-sahmana salanda ustalardan xahiş edir ki, atası Hüseyn Arifin yanında bir qəbirlik yer saxlasınlar. Amma bu yeri kim üçün saxlatdırdığını heç kimə demir. İndi Səhər xanım Kamil müəllimə, oğlu Turala, qızı Günelə demək istəyirdi ki, atamın yanındakı yer mənimdi. Məni anjaq Ağstafada dəfn edin.
Yanvarın 20-də Səhər xanım gözlərini əbədi olaraq yumur. İlham və Həsrət Pirməmmədov qardaşları hər şeyi sahmanlayıb, müəyyən çətinlikləri aradan qaldırmaqda dayaq olurlar. Onu dəfn etmək üçün jənazəni götürüb Ağstafaya yola düşürlər. Kamil müəllim deyir ki, həmin gün Ağstafada görünməmiş soyuq var idi. Səhər xanımı son mənzilə yola salırdılar. Ağstafa üşüyürdü...
Taleh HƏMİD