Orta əsrlərdə Avropanı cəhalət bürüdüyü, inkvizisiya tonqalları çatıldığı bir dönəmdə İslam dünyasında ciddi inkişaf gedir, bu günün özündə belə bəşərin tərəqqisinə vüsət verən kəşflərə imza atılır. Bəşəriyyətin bu gün də faydalandığı həmin kəşflərin bəziləri ilə yenidən tanış olaq:
  
   İlk kağız fabriki 794 -cü ildə Bağdadda Xəlifə Harun ər-Rəşid dövrundə, onun vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdu. Müqayisə üçün deyək ki, Avropada kağız fabriki çox sonralar tikilib. 1100-cü ildə Bizansda, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə kağız fabrikləri yaradılıb. Kağız-kitab üçün xammaldır. Kitab da elmin ilk artibutlarından sayılır.
  
   Tibb
  
   Dünya tibb elminin böyük loğman kimi qəbul etdiyi İbn Sinanın tibbə gətirdiyi yenilikləri özündə cəmləyən «Əl-Qanun» təkcə İslam dünyasında yox, bütün Avropada uzun illər ən əsas tibb kitabı sayılmışdı. Avropa insanı tərəfindən «Tibbin İncili» adını qazanmış bu qiymətli kitabından nə az, nə çox düz 600 il Avropa universitetlərində dərs vəsaiti kimi istifadə olunmuşdu.
   İbn Sina tibb və digər elm sahələrinə aid 29 müxtəlif ixtiranın müəllifi olmuşdur.
   İbn Sina kimi qüdrətli həkim sayılan Razi çiçək və qızdırma xəstəliklərini müəyyən etmiş və bu barədə ilk dəfə elmi əsər yazmışdır.
   Fateh Sultan Mehmetin tərbiyəçisi və müəllimi Ağ Şəmsəddin mikrobu kəşf etmişdir (bəzi tədqiqatçılar mikrobun kəşfini İbn Sinanın adı ilə bağlayırlar).
   Kiçik qan dövranını Avropa alimlərindən düz 300 il əvvəl İbnun Nəfis (1210-1288) kəşf etmişdir.
   Əli ibn Abbas (-?-994) müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərçəng xəstəliyinin əməliyyatını tətbiq etmişdir. Onun müəllifi olduğu «Kitabü-l-Məliki» adlı tibb ensiklopediyası bu gün də aktuallığını qoruyub saxlamışdır.
   Gözlə bağlı elmi tədqiqatları ilə müsəlman həkimlər əsrlər boyunca tibbin öncülləri olmuşlar. Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk məlumat İbn Rüşdə (1126-1198) məxsusdur.
   «1000 il bundan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini İbrahim Cəssar (-?-1009) göstərmişdi.
   İbn Xətib (1313-1374) vəbanın yoluxucu xəstəlik olduğunu elmi şəkildə sübut etmişdi.
  
   Xeybər Göyyallı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar