Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov İsveçin yüksək mükafatı - “Qütb Ulduzu” ordeni ilə təltif olunub. Dekabrın 10-da Stokholmda, Nobel mükafatının təqdimetmə mərasimi günü, İsveçin Xarici İşlər Nazirliyində Kral Protokol İdarəsinin rəhbəri xanım Karolina Visini İsveç Kralı adından ordeni ona təqdim edib.
   Fədakarlıq ordeni olan “Qütb Ulduzu” 1748-ci ildə İsveç kralı I Frederik tərəfindən təsis edilib. 1975-ci ilə qədər orden işinə, elmə, ədəbiyyata, elmi və faydalı işlərə sıx bağlı olan, yeni və faydalı təşkilatların yaradılmasında mühüm rolu olan həm İsveç, həm də xarici vətəndaşlara verilirdi. 1975-ci ildən sonra yenilənən ordenlər artıq yalnız xarici vətəndaşlara və kral ailəsinin üzvlərinə təqdim olunur. Ordenin təsis olunma tarixində ilk dəfədir ki, Azərbaycan vətəndaşı bu mükafata layiq görülüb.
   Doktor Toğrul Bağırov bu ordenə Azərbaycanda Nobel qardaşlarının irsinin qorunub saxlanması, xüsusilə Nobellərin Bakıdakı iqamətgahı olan məşhur Villa Petroleanın bərpa edilməsi və orada Nobel muzeyinin yaradılmasındakı xidmətlərinə görə layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar