1830-cu ildən başlayaraq Rusiyanın tabeliyində olan Naxçıvan xanlığından Qafqazda və digər yerlərdə çarizmin apardığı müharibələrə Naxçıvan süvariləri də göndərilmişdir. Azərbaycan hərb tarixinə parlaq səhifələr bəxş etmiş naxçıvanlı hərbçilərindən biri də İbrahim bəy Məşədi Qədim bəy oğlu Qədimovdur. İbrahim bəyin atası Naxçıvanda qəza rəisi olmuşdur. Kutaisi şəhərinin hərbi qubernatoru Stavaciniskinin naxçıvanlı dostları arasında Məşədi Qədim bəyin də adı çəkilir. Məşədi Qədim bəyin Zəhra xanımla nigahından 5 övlad dünyaya gəlmişdir: üç oğlan, iki qız.

   İbrahim bəy ilk təhsilini Naxçıvanda almış, sonralar isə İrəvanda, Tiflisdə və Kutaisidə oxumuşdur. Arxiv sənədlərinə əsasən deyə bilərik ki, o, 1908-ci ildə qəza rəisi, 1918-ci ildə qəza komissarı olmuşdur. Sənəddə bildirilir ki, İbrahim bəy o zaman öz süvari dəstəsi ilə Naxçıvana hücum edən erməni daşnaklara qarşı igidliklə döyüşmüşdür. İbrahim bəy Qədimov 2 avqust 1918-ci ildə Şərur nahiyəsi müdirliyinə təsdiq olunur. 1918-1920-ci illərdə Qars vilayətində Türkiyəni işğal etmək istəyənləri döyüş meydanında qarşılamışdır.
   Döyüşlərdə qazandığı Naxçıvan və Qarsda az müddət ərzində şöhrətləndirir. Məlum mənbələrə görə deyə bilərik ki, Naxçıvanın hərb tarixində 3 hərbçi Rusiyanın xüsusi «Ataman» rütbəsini daşıyıb: - general mayor Ehsan xan Naxçıvanski, tam süvari generalı İsmayıl xanın oğlu polkovnik Aman xan və polkovnik ibrahim bəy Qədimov.
   İbrahim bəy Rusiya ordusunun polkovniki olmasına baxmayaraq, Türkiyənin bütövlüyü uğrunda döyüşürdü. Ailəsini Naxçıvandan Qarsa köçürən hərbçi Türkiyəyə böyük sevgisini ortaya qoydu. O, Qars, Cıdır və Ərdahan uğrunda döyüşdü.
   Naxçıvanda doğulan, Tiflisdə, Kutaisidə təhsil alan, Gürcüstan və Rusiyada hərbi xidmətdə olan qardaş Türkiyə uğrunda ən çətin savaşlara gedən İbrahim bəy uca dağların zirvəsində dünyasını dəyişib. Onun məzarı Qarsın Gölə məzarlığındadır. Bu məqamlarda oxucularımıza İbrahim bəy Qədimovun həyatı haqqında qısa da olsa məlumat vermək istərdik. O, 14 avqust 1887-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Naxçıvan şəhər məktəbində təhsil almış, 1905-ci ilin mayında oranı bitirmişdir. Zaqafqaziyada yaşayan bütün müsəlmanlar kimi, hərbi mükəlləfiyyətdən azad edilmişdir. İbrahim bəy Qədimov 1906-cı ildə Şahtaxlı kənd məktəbində, 1907-ci ildən 1908-ci ilin ortalarına qədər İrəvan rus-tatar məktəbində müəllim işləmişdir. Sonralar o, Gürcüstanın Kutaisi şəhərində müxtəlif vəzifələrdə çalışmışdır.
   28 noyabr 1911-ci ildə İbrahim bəyin hərbi rütbəsində dəyişiklik olur. Belə ki, hərbi xidmətlərinə görə ona 25 oktyabr 1921-ci ildə Koley resistratoru rütbəsi verilir. İbrahim bəy Qədimov Rusiya ordusundakı xidmətlərinə görə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir.
   23 mart 1914-cü ildə baş qərargahın əmri ilə Ərdahan dairəsinin Gölə şəhərinə polis rəisi vəzifəsinə dəyişdirilir.
  
   Hüseyn Əliyev,
   Naxçıvan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar