Azərbaycan
14 aprel 1870 - Görkəmli dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (1870-1925) anadan olub. "Nadanlıq", "Nadir şah" və s. əsərlərin müəllifidir.
14 aprel 1907 - Xalq artisti Fatma Qədri (1907-1968) anadan olub. Bakı Rus Dram Teatrında, Dövlət Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
15 aprel 1905 - Tanınmış memar, memarlıq tarixçisi Sadiq Dadaşov (1905-1946) anadan olub.
Dünya
14 aprel 1925 - Məşhur Amerika aktyoru, dəfələrlə «Oskar» mükafatının laureatı Rod Stayger anadan olub.
14 aprel 1930 - Tanınmış Litva kinorejissoru Vitautas Jalakyəviçus (1930-1996) anadan olub.
14 aprel 1941 - Məşhur ingilis aktrisası Culiya Kristinin doğum günüdür.
14 aprel 1954 - Amerikalı fantast-yazıçı Brüs Sterlinq anadan olub.
14 aprel 1759 - Böyük alman bəstəkarı Georq Fridrix Hendel (1685-1759) vəfat edib.
14 aprel 1930 - Məşhur rus şairi Vladimir Mayakovskinin (1893-1930) vəfatı günüdür.
14 aprel 2009 - Görkəmli fransız yazıçısı, ictimai xadim Moris Dryuon (1918-2009) vəfat edib.
15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş və memar Leonardo da Vinçi (1452-1519) anadan olub.
15 aprel 1812 - Məşhur fransız rəssamı Teodor Russo (1812-1867) anadan olub.
15 aprel 1843 - Amerika yazıçısı Henri Ceyms (1843-1916) anadan olub.
15 aprel 1886 - Məşhur rus şairi Nikolay Qumilyov (1886-1921) anadan olub.
15 aprel 1894 - Böyük Amerika ixtiraçı alimi Tomas Edison (1847-1931) yeni ixtirasını - kinoproyektoru nümayiş etdirib.
15 aprel 1898 - Amerikalı müğənni, «blyuz musiqisinin kraliçası» adlandırılan Besi Smit (1898-1937) anadan olub.
15 aprel 1933 - Rusiya yazıçısı Boris Struqatski anadan olub. Qardaşı Arkadii Struqatski ( 1925-1991) ilə məşhur fantastik əsərlərin müəllifidir.
15 aprel 1939 - Məşhur İtaliya aktrisası Klaudiya Kardinalenin doğum günüdür.
15 aprel 1949 - Məşhur rus estrada müğənnisi Alla Puqaçovanın doğum günüdür.
15 aprel 1959 - İngilis aktrisası, «Oskar» mükafatının laureatı Emma Tompson anadan olub.
15 aprel 1966 - Məşhur ingilis müğənnisi və bəstəkarı Samanta Foks anadan olub.
15 aprel 1980 - Böyük fransız yazıçı-dramaturqu və filosofu, Nobel mükafatı laureatı Jan-Pol Sartr vəfat edib.