Azərbaycan
   
   23 iyun 1920 - Nasir Əkbər Həzrətqulu oğlu Əkbərov (1920 - 25.01.1995) anadan olub.
   
   23 iyun 1923 - Ədəbiyyatşünas, şair, tənqidçi, tərcüməçi Qasım Qasımzadə (1923-1993) anadan olub.
   
   23 iyun 1925 - Xalq artisti, rejissor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova anadan olub. 30 il ərzində S.Vurğun adına Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Bir sıra televiziya tamaşalarına quruluş verib. BMA-da vokal kafedrasının professorudur.
   
   24 iyun 1939 - Azərbaycanlı (türk) əsilli İran yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939-1968) Təbrizdə anadan olub. 1968-ci il avqustun 31-də İranda Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.
   
   24 iyun 1955 - Görkəmli jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov (1955- 17.12.1999) anadan olub.
   
   Dünya
   
   23 iyun 1824 - Alman bəstəkarı, dirijoru Karl Reyneke (Carl Reinecke, 1824-1910) anadan olub.
   
   23 iyun 1868 - ABŞ-ın Viskonsin ştatından Kristofer Letem Şoulz ixtira etdiyi yazı makinasına ilk patent alıb. Yazı makinası ədəbiyyat, jurnalistika və ümumilikdə mədəniyyətdə o dövrün mühüm texniki inqilabı idi.
   
   23 iyun 1889 - Rus şairəsi Anna Andreyevna Axmatovanın (Qorenko) (1889-05.03.1966) doğum günüdür.
   
   23 iyun 1910 - Fransız dramaturqu Jan Anuy (Jean Marie Lucien Pierre Anouilh, 1910-1987) anadan olub.
   
   23 iyun 1927 - Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse, 1927-1987) anadan olub.
   
   23 iyun 1957 - Hollivud aktrisası, «Oskar» mükafatının laureatı Frensis Makdormend (Frances McDormand) anadan olub.
   
   24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (1842-1914) anadan olub.
   
   24 iyun 1901 - SSRİ-nin Xalq artisti, teatr və kino aktyoru İqor İlyinski (1901-1987) anadan olub.
   
   24 iyun 1912 - Rus-sovet komediya aktyoru Sergey Filippov (1912-1990) anadan olub.
   
   24 iyun 1950 - Amerika aktrisası Nensi Alenin (Nancy Allen) doğum günüdür.