Azərbaycan
   
   7 iyul 1925 - Şair Kərim Əliqulu oğlu Quliyev (Faiq Kərim) anadan olub.
   
   1926, iyul - Tiflisdə Azərbaycan dilində "Dan ulduzu" adlı aylıq ədəbi-ictimai jurnalın 1-ci sayı çapdan çıxıb
   
   7 iyul 1939 - Nasir, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova anadan olub.
   
   8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Azərbaycan Elmlər Akademiyasının üzvü Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909-10.04.1979) anadan olub. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. Azərbaycan dilçilik elmində fundamental əsərlərin müəllifidir.    
   

   Dünya
   
   7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler, 1860-1911) anadan olub.
   
   7 iyul 1882 - Belarus ədəbiyyatının görkəmli nümayəndəsi, şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç, 1882-1942) anadan olub.
   
   7 iyul 1883 - Finlandiya bəstəkarı Toyvo Kuula (Toivo Kuula, 1883-1918) anadan olub.
   
   
   7 iyul 1884 - Yəhudi əsilli məşhur alman yazıçısı, tarixi romanların («Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. ) müəllifi Lion Feyxtvangerin (Lion Feuchtwanger, 1884-1958) doğum günüdür.
   
   
   7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, dörd dəfə «Oskar» mükafatının laureatı Vittorio De Sica (Vittorio De Sica, 1901-1974) anadan olub.
   
   7 iyul 1922 - Dünya şöhrətli fransız modelyer Pyer Karden (Pierre Cardin) anadan olub.
   
   7 iyul 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun barabançısı Rinqo Star (Ringo Starr) anadan olub.
   
   
   7 iyul 1943 - Məşhur italyan müğənnisi və bəstəkarı Toto (əsl adı Salvador) Kutunyonun (Salvatore (Toto) Cutugno) doğum günüdür.
   
   
   7 iyul 1930 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) vəfat edib.
   
   8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub.
   
   
   8 iyul 1938 - Tanınmış rus aktyoru («Qəribə təsadüf və ya həmişə təmizlikdə», «İşdə məhəbbət macərəsı», «Qaraj» filmləri) Andrey Vasilyeviç Myaqkovun doğum günüdür.
   
   
   8 iyul 1974 - Rus estrada müğənnisi, aktrisa Janna Friske anadan olub.