Azərbaycan
   
   9 iyul 1821 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə erməni Andronikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət el-obasından qaçqın düşüb, sonra yenidən doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
   9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854-1926) vəfat edib. Nəcəf bəy Vəzirov Şuşada anadan olmuşdu. "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub.
   9 iyul 1996 - Yazıçı Cəlal Bərgüşad (Cəlal Cavadov, 22.06.1924-1996) vəfat edib.
   10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (1835-20.05.1888) anadan olub. Şeirlərlə yanaşı, "Əkinçi", "Ziya" qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
   10 iyul 1898 - Şair Xəstə Bayraməli (1898-1952) anadan olub.
   10 iyul 1935 - Nasir, dramaturq, şair Nəriman Hüseyn oğlu Bağırov anadan olub.
   10 iyul 1930 - Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930-17.04.2009) anadan olub.
   10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924-12.09.1979) anadan olub.
   10 iyul 1969 - Rəssam Cəbrayıl Əzimov (07.05.1926-1969) vəfat edib.
   11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq vəfat edib.
   12 iyul 1915 - Teatr xadimi, rejissor Zəfər Paşa oğlu Nemətov (1915-1971) anadan olub. Yaradıcılığının böyük dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır.
   13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-10.05.1960) anadan olub.
   13 iyul 1926 - Xalq rəssamı Vidadi Nərimanbəyovun (1926-2001) doğum günüdür.
   
   Dünya
   
   9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub.
   9 iyul 1834 - Çex yazıçısı Yan Nerudanın (Jan Neruda, 1834-1891) doğum günüdür.
   9 iyul 1944 - Amerikalı fantast-yazıçı Qlen Kuk (Glen Cook) anadan olub.
   10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust, 1871-1922) anadan olub.
   10 iyul 1905 - Rus-sovet yazıçısı, uşaqlar haqqında əsərlərin müəllifi Lev Kassil (1905-1970) anadan olub.
   10 iyul 1918 - İngilis yazıçısı Ceyms Oldric (James Aldridge) anadan olub.
   11 iyul 1934 - Məşhur italyan modelyeri Corco Armaninin (Giorgio Armani) doğum günüdür.
   12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.
   12 iyul 1817 - Amerika yazıçısı və filosofu Henri Devid Toro (Henry David Thoreau, 1817-1862) anadan olub.
   12 iyul 1868 - Alman şairi Ştefan George (Stefan George, 1868-1933) anadan olub.
   12 iyul 1880 - Amerika aktyoru, rejissoru və ssenaristi, qorxu filmlərinin müəllifi Tod (Çarlz Albert) Brouninq (Charles Albert Browning, 1880-1962) anadan olub.
   12 iyul 1884 - Məşhur italyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub.
   12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Nerudanın (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) doğum günüdür.
   12 iyul 1908 - Fransız aktyoru Alen Küni (Alain Cuny - Rene Xavier Marie, 1908-1994) anadan olub.
   12 iyul 1934 - Dünya şöhrətli Amerika pianoçusu Van Klibern (Van Cliburn - Harvey Lavan Cliburn) anadan olub.
   13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqnerin (Otto Koloman Wagner, 1841-1918) doğum günüdür.
   13 iyul 1928 - Rus yazıçısı, tarixi romanların müəllifi Valentin Pikul (1928-1990) anadan olub.
   13 iyul 1934 - Nigeriya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.
   13 iyul 1941 - Fransız aktyoru və rejissoru Jan Perren anadan olub.
   13 iyul 1942 - Amerika aktyoru Harrison Ford (Harrison Ford) anadan olub.