Prezident İlham Əliyevin 7 fevral 2011-ci il tarixli sərəncamı ilə dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Berkli Universitetinin professoru Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
   Məşhur alim bu təltifə görə şərəf duyduğunu deyərək ona göstərilən səmimi münasibətə görə Azərbaycan prezidentinə, bütün Azərbaycan xalqına dərin təşəkkürünü bildirib. Professor Lütfi Zadə səhhətinə görə 90 illik yubileyi ilə əlaqədar Bakıda keçirilən tədbirə qatıla bilmədiyi üçün təəssüfləndiyini bildirib. O deyib ki, səhhəti uzun səyahət etməyə imkan verməsə də, elmi yaradıcılığını davam etdirir.
   Xatırladaq ki, fevralın 4-də professor Lütfi Zadənin 90 yaşı tamam olub. 1921-ci ildə Bakıda jurnalist Rəhim Ələsgərzadə və pediatr Faniya Korimanın ailəsində dünyaya gələn Lütfi 10 yaşınadək Bakıda, 1931-1944-cü ildə İranda yaşayıb, sonra ABŞ-a köçüb. Onun müəllifi olduğu “Qeyri-səlis məntiq” nəzəriyyəsi elektrik mühəndisliyi sahəsində çevriliş edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar