Azərbaycan
   
   21 iyul 1938 - Yazıçı-dramaturq Marat Haqverdiyev anadan olub.
   21 iyul 1950 - Tanınmış müğənni, bəstəkar Məmmədbağır Bağırzadənin (1950-2005) doğum günüdür.
   22 iyul 1875 - Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu gün Azərbaycanda Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) və digər qəzetlər nəşrə başladı.
   22 iyul 1928 - Azərbaycan SSR Mərkəzi İcraiyə Komitəsi və Xalq Komissarlığı Soveti məcburi qaydada yeni - latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də gerçəkləşdi. 10 il sonra ilə latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.
   
   Dünya
   
   21 iyul 1816 - Dünya şöhrətli «Royter» informasiya agentliyinin yaradıcısı Paul Yulius Royter (əsl adı İzrail Beer Yosofat, Paul Julius Reuter - Israel Beer Josaphat, 1816-1899) anadan olub.
   21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Ditsen, Hans Fallada - Rudolf Wilhelm Friedrich Ditzen, 1893-1947) anadan olub.
   21 iyul 1899 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminqueyin (Ernest Miller Hemingway, 1899-1961) doğum günüdür.
   21 iyul 1910 - Rus-sovet rəssamı Vladamir Serov (1910-1968) anadan olub.
   21 iyul 1911 - Kanada yazıçısı Marşall Maklyuen (Herbert Marshall McLuhan, 1911-1980) anadan olub.
   21 iyul 1926 - Kanada kinorejissoru Normann Cuison (Norman Jewison) anadan olub.
   21 iyul 1933 - Amerika yazıçısı Con Qardnerin (John Champlin Gardner, 1933-1982) doğum günüdür.
   21 iyul 1938 - Gürcü müğənnisi, SSRİ-nin Xalq artisti Nani Breqvadze anadan olub.
   21 iyul 1948 - Rus satirik yazıçısı Mixail Zadornov anadan olub.
   21 iyul 1951 - Amerika aktyoru, «Oskar» mükafatının laureatı Robin Uilyams (Robin Williams) anadan olub.
   21 iyul 1956 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Maykl Konnelli anadan olub.
   22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueylin (James Whale, 1889-1957) doğum günüür.
   22 iyul 1896 - Rus kinorejissoru Vladimir Petrov (1896-1966) anadan olub.
   22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub.
   22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.
   22 iyul 1946 - Amerika yazıçısı, kinorejissor Pol Şreder (Paul Schrader) anadan olub.
   22 iyul 1951 - Rus estrada müğənnisi Oleq Qazmanovun doğum günüdür.
   22 iyul 1955 - Amerika kinoaktyoru Uillem Defo (Willem Dafoe) anadan olub.
   22 iyul 1978 - Kanada aktrisası Ey Cey Kuk (A. J. Cook) anadan olub.