Unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin vəfatının (13 fevral 2009) ildönümü ilə əlaqədar Şəki şəhərində anma mərasimi keçirilib. Şəki Musiqi Kollecində şəhər İcra Hakimiyyəti və “Qafqaz” Universitetinin birgə hazırladıqları “Şəkidən dünyaya...” adlı tədbirin iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş “Poeziyamızın Bəxtiyarı” adlı sərgiyə, həmçinin şairin xatirəsinə həsr olunmuş filmə baxıblar.
   Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova şairin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin 2009-cu il fevralın 19-da sərəncam imzaladığını, həmin sərəncama əsasən, şəhərin mərkəzi parklarından birində B.Vahabzadənin büstünün qoyulduğunu, orta məktəblərdən və küçələrdən birinə şairin adının verildiyini, hər il avqustun 16-da, şairin doğum günündə Şəkidə “Bəxtiyar- poeziya günləri”nin keçirildiyini diqqətə çatdırıb.
   Tədbirdə “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç, Milli Məclisin deputatı Cavanşir Feyziyev və başqaları çıxış edərək B.Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Musiqi Kolleci tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnılar oxunmuş, şeirlər səslənmişdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar