Azərbaycan
   
   11 avqust 1973 - Şair Zeynal Xəlil (1914-1973) vəfat edib.
   
   12 avqust 1926 - Xalq şairi Qabil (İmamverdiyev) (1926-2007) anadan olub. Azərbaycanın yüksək dövlət mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.
   
   12 avqust 1942 - Tarixçi, jurnalist və publisist Şəmistan Nəzərli anadan olub. Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.
   12 avqust 1954 - Ədəbiyyatşünas alim, publisist, ssenarist, professor, Əməkdar incəsənət xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Baba oğlu Hüseynov anadan olub.
   
   13 avqust 2004 - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrdən bu yüksək ada layiq görülən ilk qadın təmsilçidir.
   
   15 avqust 1784 - Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olub.
   
   15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən
   
   Səttarxan təkcə Cənubi Azərbayanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir. Məşrutə inqilabında oynadığı rola görə Səttarxan İranda şah rejimi devriləndən sonra “Milli sərdar” adına layiq görülüb.
   
   15 avqust 1955 - Xalq artisti, komik rolları ilə çoxsaylı tamaşaçı rəğbəti qazanan Afaq Bəşirqızının doğum günüdür.
   
   16 avqust 1925 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (1925-2009) Şəkidə anadan olub. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. Yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   
   17 avqust 1942 - Dünya şöhrətli müğənni, SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (1942-2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib, Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   
   17 avqust 1950 - Azərbaycan kinosunda yaddaqalan obrazlar yaratmış aktyor, Əməkdar artist Ənvər Həsənov anadan olub.
   
   Dünya
   
   11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.
   11 avqust 1944 - Məşhur şotland kinoaktyoru İen Makdayarmid (Ian McDiarmid) anadan olub.
   11 avqust 1947 - Amerika kinorejissoru və ssenaristi Stüart Qordon (Stuart Gordon) anadan olub.
   
   12 avqust 1881 - Amerika rejissoru, «Paramaunt pikçerz» kinoşirkətinin qurucusu Sesil Blaunt de Mill (Cecil Blount de Mille, 1881-1959) anadan olub.
   12 avqust 1881 - Rus-sovet rəssamı Aleksandr Gerasimov (1881-1963) anadan olub.
   12 avqust 1898 - Rus kinorejissoru Aleksandr İvanovun (1989-1984) doğum günüdür.
   
   13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
   13 avqust 1899 - Məşhur Amerika rejissoru, «Oskar» mükafatlarının laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock, 1899-1980) anadan olub.
   
   14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (1714-1789) anadan olub.
   14 avqust 1866 - Görkəmli rus yazıçısı və filosofu Dmitri Merejkovskinin (1866-1941) doğum günüdür.
   14 avqust 1867 - Məşhur ingilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (1867-1933) anadan olub.
   
   14 avqust 1963 - Fransız aktrisası Emmanuel Bear (Emmanuelle Beart) anadan olub.
   14 avqust 1966 - Amerika kinoaktrisası, «Oskar» laureatı Helli Maria Beri (Halle Maria Berry) anadan olub.
   
   15 avqust 1771 - Dünya şöhrətli şotland yazıçısı, tarixi roman janrının banisi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub.
   15 avqust 1879 - Amerika kinoaktrisası, «Oskar» laureatı Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub.
   15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert, 1890-1962) anadan olub.
   15 avqust 1990 - Məşhur sovet rok müğənnisi («Kino» rok qrupu), şair, bəstəkar Viktor Soy (1962-1990) avtomobil qəzasında həlak olub.
   
   16 avqust 1902 - Görkəmli rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
   16 avqust 1934 - Məşhur fransız kinoaktyoru, komik rolların ifaçısı Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub.
   16 avqust 1954 - Amerika kinorejissoru («Titanik», «Avatar» və s.) Ceyms Kemeron (James Francis Cameron) anadan olub.
   16 avqust 1958 - Dünya şöhrətli Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub.
   16 avqust 1987 - Görkəmli rus aktyoru Andrey Mironov (8 mart 1941-1987) vəfat edib.
   
   17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ-nin Xalq artisti Oleq Tabakovun doğum günüdür.
   17 avqust 1941 - Rus aktyoru və rejissoru, SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri Nikolay Qubenko anadan olub.
   
   17 avqust 1943 - Amerika kinoaktyoru, rejissor və prodüsser Robert de Niro anadan olub.
   17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn anadan olub.
   
   
   Hazırladı: Vüqar Orxan