Azərbaycanda oktyabr ayı “Cavidlər ayı” hesab olunur. Azərbaycanın böyük söz xiridarı Hüseyin Cavid 1882-ci il oktyabrın 24-də, oğlu Ərtoğrul 1919-cu il oktyabrın 22-də, qızı Turan isə 1923-cü il oktyabrın 2-də anadan olub.
Bununla bağlı, hər il olduğu kimi, bu il də Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyində silsilə tədbirlər keçirilir. Artıq bu səpkili tədbirlərin bir necəsi baş tutub. Muzeydən bildiriblər ki, bu tədbirlərin davamı olaraq oktyabrın 22-də Ərtoğrul Cavidin 91 illiyi ilə əlaqədar sərgi açılacaq.