Aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
   Bakı Forumunun sənədlərinin müzakirəsi, iştirakçıların tərkibinin dəqiqləşdirilməsi, proqramın və sessiyaların mövzularının hazırlanması və digər məsələlər barədə müzakirələrin aparılması məqsədilə UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, AŞ-nin Şimal-Cənub Mərkəzinin ümumi razılığı ilə fevralın 27-28-də Parisdə İşçi Qrupunun yekun iclası keçirilib.
   İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Forumun əlaqələndiricisi Vasif Eyvazzadə, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın UNESCO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
   Yekun iclasda Forumla bağlı bütün məsələlərin, xüsusilə açılış mərasimi və sessiyaların proqramı üzrə moderatorların və natiqlərin müəyyənləşdirilməsi, tədbirin yekun hesabatının hazırlanması, iştirakçıların tərkibi, təklif ediləcək layihə və proqramlar, mədəni proqram və s. kimi məsələlər müzakirə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar