Azərbaycan
   
   18 fevral 1201 - Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə Tusinin təvəllüdü 16 və 17 fevral göstərilir). Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm (astronomiya) mərkəzlərindən biri olub.
   18 fevral 1895 - Azərbaycanın məşhur qəzəlxan şairi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1894-1.10.1965) Bakının Masazır kəndində anadan olub.
   18 fevral 1925 - Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olub. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərilik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.
   18 fevral 1929 - SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycan SSR ərazilərinin bir qismi - Naxçıvan Muxtar Respublikasından 657 kv. km ərazi - Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, eləcə də Qazax rayonunun 4400 hektarıq meşə sahəsi Ermənistan SSR-ə verilib.
   18 fevral 1931 - Tanınmış şair, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. Ədib çoxsaylı poetik topluları, dram əsərləri ilə müasir Azərbaycan ədəbiyyatına böyük töhfələr verib.
   18 fevral 1947 - Tanınmış fırça ustası, Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi, bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.
   18 fevral 2009 - “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Konfransı Təşkilatına üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı ilə (noyabr 2007) 2009-cu il üzrə İslam mədəniyyəti paytaxtlı elan olunub. İl ərzində Azərbaycan paytaxtı bir çox beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi etdi.
   
   19 fevral 1949 - Ədəbiyyatşünas alim, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. Səməd Vurğunun yaradıcılığına dair tədqiqat əsərlərinin müəllifidir.
   
   20 fevral 1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (1900 -3.2.1962) anadan olub.
   20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Onlarla şeir kitabının müəllifi olan şair həm də rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
   20 fevral 1935 - Şərqşünas, dilçi alim Şulan İsmayıl oğlu Şirəliyev anadan olub.
   20 fevral 1938 - Xalq artisti, görkəmli xanəndə Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb.
   
   21 fevral 1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosundə dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
   21 fevral 1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
   21 fevral 1994 - Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.
   21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster işləyir.
   21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib. uzun illər Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.
   
   Dünya
   
   18 fevral 1404 - İtalyan alimi, yazıçı, arxitektor Leon Battista Alberti (Leone Battista Alberti, 1404-1472) anadan olub.
   18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntihab dövrünün görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.
   18 fevral 1718 - Danimarka yazıçısı və rəssamı Seren Abildqaard (Sören Abildgaard, 1718-1791) anadan olub.
   18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
   18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
   18 fevral 1838 - Avstriya filosofu və fiziki, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach, 1838-1916) anadan olub.
   18 fevral 1898 - Məşhur italyan konstruktoru və iş adamı, “Ferrari” avtomobil şirkətinin qurucusu Enso Ferrari (Enzo Anselmo Ferrari, 1898-1988) anadan olub.
   18 fevral 1921 - Rus bəstəkarı, Rusiyanın Xalq artisti Oskar Borisoviç Felsmanın doğum günüdür.
   18 fevral 1932 - Çex əsilli məşhur Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 “Oskar”a, “Amadey” filmi isə (1984) 8 “Oskar” mükafatına layiq görülüb.
   18 fevral 1933 - Yapon əsilli Amerika musiqiçisi və rəssamı, əfsanəvi “Beatles” qrupunun lideri Con Lennonun həyat yoldaşı Yoko Ono anadan olub.
   18 fevral 1954 - Məşhur Amerika kinoaktyoru Con Travoltanın (John Joseph Travolta) doğum günüdür.
   
   19 fevral 1473 - Görkəmli polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 - 24.5.1543) anadan olub. Elmdə ilk inqilab sayılan dünyanın heliosentrik sistemi (planetlərin günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisidir.
   19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub.
   19 fevral 1821 - Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher, 1821-1868) anadan olub.
   19 fevral 1878 - Məşhur Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma çihazını - fonoqrafı icad edib.
   19 fevral 1884 - Gürcü yazıçısı Leo Kiaçeli (Leon Mixayloviç Şenqelaya, 1884-1963) anadan olub.
   19 fevral 1899 - Rus yazıçısı, şair və dramaturq Yuqi Karloviç Oleşa (1899-1960) anadan olub.
   19 fevral 1931 - Teatr və kino aktrisası, Rusiyanın Xalq artisti Alla Dmitriyevna Larionova (1931-2000) anadan olub.
   
   19 fevral 1945 - Tanınmış rus müğənnisi və bəstəkarı, Rusiyanın Xalq artisti Yuri Mixayloviç Antonov Daşkənddə(Özbəkistan) doğulub.
   
   19 fevral 1948 - İngilis gitaraçısı, “Black Sabbath” rok qrupunun qurucusu Toni Ayommi (Tony Iommi - Frank Anthony Iommi) anadan olub.
   19 fevral 1952 - Yapon yazıçısı, ssenarist və kinorejissor Ryu (Ryunoske) Murakami anadan olub.
   
   20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Qriqoryeviç Volkov (1729-1763) anadan olub.
   20 fevral 1884 - Polyak yazıçısı, şair və dramaturq Yaroslav İvaşkeviç (1884-1980) anadan olub.
   20 fevral 1918 - Rus-sovet rejissoru, kinooperator, ssenarist İqor Vladimiroviç Şatrov (1918-1991) anadan olub.
   20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas kinofestivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.
   20 fevral 1966 - Məşhur amerikalı supermodel, aktrisa, teleaparıcı Sindi Krouford (Cindy Ann Crawford) anadan olub.
   20 fevral 1967 - Amerika rok-musiqiçisi, məşhur “Nirvana” qrupunun lideri Kurt Kobeyn (Kurt Donald Cobain, 1967-1994) anadan olub.
   
   21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNSECO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.
   21 fevral 1874 - Abxaz milli ədəbiyyatının banisi, şair və maarifçi Dmitri İosifoviç Qulia (1874-1960) anadan olub.
   21 fevral 1885 - Fransız dramaturqu, aktyor, rejissor Saşa Qitri (Sacha Guitry - Alexandre Georges-Pierre Guitry, 1885-1957) Sankt-Peterburqda doğulub.
   21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.
   21 fevral 1907 - İngilis şairi Uisten Hyu Oden (Wystan Hugh Auden, 1907-1973) anadan olub. 1939-cu ildən Amerikada yaşayıb.
   21 fevral 1925 - Amerika kinorejissoru və ssenaristi Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub. XX əsr kinematoqrafının novatorlarından biri, vestern janrının tanınmış simalarındandır.
   21 fevral 1942 - Aktrisa, Rusiyanın Xalq artisti (“Moskva göz yaşlarına inanmır” filmində Katerina) Vera Valentinovna Alentova anadan olub.
   21 fevral 1979 - Amerika aktrisası, prodüser, rejissor və müğənni Cennifer Lav Hyuitt (Jennifer Love Hewitt) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan