Azərbaycanın da bir şəhəri bu ada namizəd olaraq irəli sürüləcək
   
   Xəbər verdiyimiz kimi, Müstəqil Dövlətlər Birliyinin Humanitar Əməkdaşlıq Şurası tərəfindən “Birliyin mədəniyyət paytaxtları” proqramı elan edilib. Ulyanovsk Rusiya şəhərləri arasında birinci olaraq MDB-nin “Mədəniyyət paytaxtı” elan edilib. Bu əlamətdar hadisə ilə bağlı şəhərdə bir sıra təntənəli bayram tədbirləri keçirilib. Tədbirlərdə Azərbaycanın Rusiyadakı səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu iştirak edib. P.Bülbüloğlunun sözlərinə görə, MDB-nin mədəniyyət paytaxtı adlanmağa namizəd kimi öz xalq sənətləri və bənzərsizliyi ilə ad çıxarmış kiçik şəhər təqdim edilə bilər. Azərbaycanda belə namizəd Şəki, Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ, yaxud başqa bu cür şəhərlər ola bilər.