Aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Dövlət Filarmoniyasında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illiyi ilə bağlı «Şairlə bir görüş, ya adi söhbət - Allaha xidmətdir, bəndəyə hörmət» adlı təntənəli yubiley tədbiri keçiriləcək. Tədbirdə millət vəkilləri, elm, ədəbiyyat və sənət adamları, tədqiqatçılar, KİV nümayəndələri iştirak edəcəklər. Filarmoniyanın foyesində görkəmli yazıçının kitablarından və ona aid çap materiallarından ibarət sərgi olunacaq. Yubiley gecəsində N.Həsənzadənin sözlərinə yazılmış mahnılar səsləndiriləcək, yazıçının pyesləri əsasında hazırlanmış tamaşalardan parçalar nümayiş etdiriləcək.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış yubiley tədbirləri indiyə qədər M.F.Axundov adına Milli Kitabxanada və Gəncə şəhərində keçirilib. Növbəti yubiley mərasimlərinin Qazax, Ağstafa və Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar