Azərbaycan
   
   25 noyabr 1893 - Türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu bildirib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
   25 noyabr 1901 -Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu bəyənib və Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
   25 noyabr 1918 - Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenarilərinin müəllifidir.
   25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov anadan olub.
   25 noyabr 1994 - Xalq artisti Məmməd Bürcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür” (Allahyar), “Qəm pəncərəsi” (Rəşid bəy), “Köhnə bərə (İbrahim) və s. filmlərdə çəkilib.
   
   26 noyabr 1946 - Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub.
   
   27 noyabr 1946 - Rejissor, ssenarist Akif Rüstəmov anadan olub. Bir sıra filmlərin (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissoru və rejissor assistentidir.
   
   28 noyabr 1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794, Gəncə - 1852, Tiflis) vəfat edib.
   28 noyabr 1939 - Bəstəkar Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda musiqi əsərlərinin, "Vətən şəhidləri" kantatasının (1990) və s. müəllifidir.
   
   29 noyabr 1928 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli fırça ustası, SSRİ-nin Xalq rəssamı Tahir Salahov anadan olub. 2008-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı - «Heydər Əliyev» ordeni ilə təltif olunub.
   29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. "Amerikanın səsi" və "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
   29 noyabr 1965 - Aktrisa Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Bir sıra filmlərdə (“Mənim ağ şəhərim” və s.) çəkilib.
   
   Dünya
   
   25 noyabr 1562 - Görkəmli ispan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
   25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.
   25 noyabr 1924 - Yapon şairi, filosof və ədəbiyyatşünas Takaaki Yosimoto anadan olub.
   25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.
   25 noyabr 1926 - Amerikalı fantast-yazıçı Pol Andersonun (Poul William Anderson, 1926 - 2001) doğum günüdür.
   25 noyabr 1951 - Amerika yazıçısı, detektiv seriallar müəllifi Şarlin Harris (Charlaine Harris) anadan olub.
   
   26 noyabr Dünya İnformasiya günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatizasiya Akademiyasının təşəbbüsü ilə qeyd edilir.
   26 noyabr 1857 - Məşhur isveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub.
   26 noyabr 1883 - Macar şairi və yazıçısı Mixay Babiç (Mihaly Babits, 1883 - 1941) anadan olub.
   26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
   26 noyabr 1926 - Məşhur rus sirk ustası və aktrisası Marqarita Nazarova (1926-2006) anadan olub. “Zolaqlıların səfəri” filmində baş rolu oynayıb.
   26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa, 8 dəfə “Qremmi” mükafatı laureatı Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub.
   
   27 noyabr 1895 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 27.7.1824 - 1895) vəfat edib.
   27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.
   27 noyabr 1942 - Dünya şöhrətli amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix, 1942-1970) anadan olub.
   27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 16.10.1888 - 1953) vəfat edib.
   
   28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
   28 noyabr 1820 - Görkəmli alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
   28 noyabr 1829 - Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.
   28 noyabr 1880 - Rus şairi Aleksandr Aleksandroviç Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
   28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubları”, “Mariya Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.
   28 noyabr 1956 - İtalyan müğənnisi və bəstəkarı, 80-ci illər disko musiqisinin məşhur nümayəndəsi Roberto Zanetti (Roberto Zanetti - Savage) anadan olub.
   
   29 noyabr 1911 - Rus kinooperatoru, rejissor, ssenarist Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli filmlərin, o cümlədən “Xəzər neftçiləri haqqında povest” filminin müəllifidir. Azərbaycanın Əməkdar incəsənt xadimi adına layiq görülüb.
   29 noyabr 1930 - Rus aktrisası Nina Qrebeşkova anadan olub. “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brillyant əl”, “İdman lotosu-82” və s. filmlərdə çəkilib. Kinorejissor Leonid Qaydayın həyat yoldaşı olub.
   29 noyabr 1953 - Sloveniya müğənnisi Vlado Kreslin anadan olub.
   29 noyabr 1966 - Rus aktyoru, Rusiyanın Xalq artisti Yevgeni Vitalyeviç Mironov anadan olub.
   
   Hazırladı: Vüqar Orxan