Mayın 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhramini qəbul edib. Görüşdə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilib, xüsusən mədəni münasibətlərdə təşəkkül tapmış dostluq əlaqələrinin inkişaflından razılıq bildirilib.
   Görüşdə bu ilin oktyabrında Azərbaycanda “İran mədəniyyəti günləri”nin keçirilməsi də müzakirə edilib. Tədbirdə İranın mədəniyyət naziri Məhəmməd Hüseyninin açılış mərasimində iştirakının gözlənildiyi bildirilib. “İran mədəniyyəti günləri” çərçivəsində musiqi, əlyazma, teatr, əl işləri və rəssamlıq nümunələrinin təqdim olunması və təşkilati işlərlə bağlı işçi qrupun ölkəmizə səfəri barəsində razılığa gəlinib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar