Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Prezident bu yaxınlarda Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq İSESCO-nun baş direktorunun beynəlxalq tədbirdə iştirakının əhəmiyyətini vurğulayıb.
   İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinin önəmini qeyd edib. Görüşdə Azərbaycan-İSESCO əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar