Mayın 8-də Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 20 ili tamam olur. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Bu itki ilə Azərbaycan mədəniyyətinə ağır zərbə dəydi. İşğal nəticəsində Şuşadakı bütün mədəniyyət ocaqları - muzeylər, kitabxanalar, mədəniyyət evi, rəsm qalereyası, musiqi məktəbləri talan edilib.
* * *
“Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2012-ci il tarixli sərəncamına əsasən, ölkəmizin müxtəlif bölgələrində, eləcə də soydaşlarımızın yaşadığı xarici ölkələrdə müxtəlif tədbirlər, anım mərasimləri keçirilir.