Mayın 10-da böyük öndər Heydər Əliyevin adını daşıyan fondun yaranmasının 7-ci ildönümü tamam oldu. Heydər Əliyev Fondu 2004-cü ildə dahi rəhbərin dövlətçilik irsinin öyrənilməsi və təbliği, onun adına və irsinə layiq xeyriyyə və maarifçilik layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.
   Dünən “Buta Palace”da Heydər Əliyev Fondunun yaranmasının 7-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
   Mərasimdə Xalq yazıçısı Anara Heydər Əliyev Mükafatı təqdim olunub.
   Tədbirdə həmçinin Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl Çinar” beynəlxalq mükafatı təqdim olunub.
   UNESCO-nun sabiq direktoru Koişiro Matsuura, İSESCO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tüveycri “Qızıl Çinar” mükafatı ilə təltif olunublar.
   Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim edilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar