Mayın 23-dən 27-dək Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, mədəniyyət günlərində nazir Əbülfəs Qarayevin başçılığı ilə nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, parlament və icra hakimiyyətinin təmsilçiləri, incəsənət ustaları daxildirlər.
   İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtmaq məqsədi daşıyan mədəniyyət günləri çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblı solistlərinin və muğam ifaçılarının çıxışları, Azərbaycana həsr olunmuş fotosərginin, milli geyimlərimizdən və miniatür kitablardan ibarət sərgilərin təşkili nəzərdə tutulub. Azərbaycan incəsənət ustaları Çinin tarixi şəhərlərindən olan Yentayda da konsert proqramı ilə çıxış edəcəklər.
   Azərbaycan rəsmi nümayəndə heyətinin ÇXR-in Mədəniyyət Nazirliyində, Çin Milli Turizm Administrasiyasında, Çin Milli Muzeyində görüşləri planlaşdırılır.
   Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük - qədim İpək Yolu dövrünə gedib çıxan tarixi var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında mədəni əlaqələr də yeni müstəviyə qədəm qoyub, mədəniyyət sahəsində sənədlər imzalanıb.
   2006-cı ilin dekabrında Azərbaycanın Çindəki səfirliyinin nəzdində “Şuşa” Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. 2010-cu ilin noyabrında Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində səhnələşdirilib. 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar