Azərbaycan
10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835-20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
10 iyul 1899 - Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1898-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub. Epik-lirik poema səpgili hekayətləri, qəzəlləri, qoşmaları və s. əsərləri ilə Göyçə ədəbi mühitinə yeni hava gətirib.
10 iyul 1935 - Nasir, dramaturq, şair Nəriman Hüseyn oğlu Bağırov anadan olub.
10 iyul 1937 - Əməkdar incəsənət xadimi, şairə Kəmalə Ağa qızı Ağayeva Naxçıvan şəhərində anadan olub. Şeir kitablarının, 10-dan çox mənzum pyesin müəllifidir: “Məhsəti”, “Apardı sellər Saranı”, “O, bizim dağların oğludur” və s.
10 iyul 1930 - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.
10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924-12.09.1979) anadan olub.
10 iyul 1969 - Rəssam Cəbrayıl Əzimov (7.5.1926-1969) vəfat edib. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Qızmar günəş altında”, “Görüş”, “Bəxtiyar” (Elbəy Rzaquliyevlə birgə), “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “İnsan məskən salır”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.
11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq vəfat edib.
11 iyul 1926 - Tarix elmləri doktoru Şövkət Əzizağa qızı Tağıyeva anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.
11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11. 1933, Şəki - 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərin rejissorudur. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub.
11 iyul 2007 - Tanınmış aktrisa, Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (4.8.1939-2007) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
12 iyul (köhnə təqvimlə 30 iyun) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (1812-10.3.1878, Tiflis) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Bakıda ədibin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə professional Azərbaycan teatrının əsası qoyulub.
12 iyul 1915 - Teatr xadimi, rejissor Zəfər Paşa oğlu Nemətov (1915-1971) anadan olub. Yaradıcılığının böyük dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır.
12 iyul 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Mahnılar, teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə” - ssenari və musiqinin müəllifi), filmlərə (“Möcüzələr adası”, “Asif, Vasif, Ağasif”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb.
Dünya
10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (yeddi roman) müəllifidir.
10 iyul 1905 - Rus-sovet yazıçısı, uşaqlar haqqında əsərlərin müəllifi Lev Kassil (1905-1970) anadan olub.
10 iyul 1918 - Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub), “Sonuncu düym” və s.
11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayı 5 milyard nəfəri keçib. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
11 iyul 1952 - Amerika aktyoru Stiven Lenq (Stephen Lang) anadan olub. Ceyms Kameronun “Avatar” filmində Maylz Kuortiç rolu ilə məşhurlaşıb.
11 iyul 1960 - Azərbaycan əsilli tanınmış İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların qalibidir: “Ağ şar” (Kann kinofestivalı, 1995), “Dairə” (Venesiya kinofestivalında “Qızıl şir” mükafatı, 2000), “Ofsayd” (Berlin kinofestivalında ikinci yer, 2006). 2010-cu ildə hökumət əleyhinə çıxışlarına görə 6 il həbsə məhkum edilib.
12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.
12 iyul 1817 - Amerika yazıçısı və filosofu Henri Devid Toro (Henry David Thoreau, 1817-1862) anadan olub. Əsərləri: “Uolden və ya meşədə həyat”, “Ali qanunlar” və s.
12 iyul 1868 - Alman şairi Ştefan George (Stefan George, 1868-1933) anadan olub.
12 iyul 1880 - Amerika aktyoru, rejissoru və ssenaristi Tod (Çarlz Albert) Brouninq (Charles Albert Browning; 1880-1962) anadan olub. Qorxu filmlərinin (“Şeytan kuklası”, “Vampir işarəsi”, “Drakula”, “Dəmir adam” və s.) müəllifidir.
12 iyul 1884 - Məşhur italyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin (əsasən nyu janrında) mahir ustası olub.
12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.
12 iyul 1908 - Fransız aktyoru Alen Küni (Alain Cuny - Rene Xavier Marie, 1908-1994) anadan olub.
12 iyul 1934 - Dünya şöhrətli Amerika pianoçusu Van Klibern (Van Cliburn - Harvey Lavan Cliburn) anadan olub.
Hazırladı: Vüqar Orxan