Azərbaycan
   
   7 avqust 1930 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov anadan olub. Dünyanın müxtəlif muzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların (Bakıda Dövlət Kukla Teatrının binası) müəllifidir. Teatr və balet (“Yeddi gözəl”) tamaşalarına, “Dədə Qorqud” filminə bədii tərtibat verib, “Dantenin yubileyi” filmində epizodik rola (tamaşaçı) çəkilib. Rəssamlıqla yanaşı, vokal ifaçılığı ilə də tanınır. “Şərəf” ordeni ilə (2010) təltif olunub.
   7 avqust 1931 - Tanınmış balerina, baletmeyster, Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti (1951-1971), 1990-cı ildən baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Jizel ("Jizel", A.Adan) və s.
   
   8 avqust 1948 - Tanınmış aktyor, Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda doğulub. Kinodakı ilk baş rolu ("Nəsimi", 1974) aktyora şöhrət gətirib. “Qatır Məmməd”, "Dədə Qorqud", "Babək", “Gözlə məni”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Küçələrə su səpmişəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. "Özbəkfilm", "Mosfilm" və başqa kinostudiyalarda filmlərə çəkilib.
   8 avqust 1948 - Məşhur müğənni Akif İslamzadə Bakının Buzovna kəndində doğulub. Azərbaycan Televiziyası simfonik orkestrinin solisti olub. 1992-1993-cü illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. “Qərib cinlər diyarında”, “Tənha narın nağılı” və s. filmlərdə mahnıları ifa edib.
   
   9 avqust 1979 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 26.12.1910, Şamaxı -1979) vəfat edib. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Ömür çiçəklənir", "Həyat poeması", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.
   
   Dünya
   
   7 avqust 1911 - Amerika aktyoru və rejissoru Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.
   7 avqust 1947 - Rumın (moldovan) əsilli məşhur estrada müğənnisi, SSRİ, Ukrayna və Moldovanın Xalq artisti Sofiya Rotaru anadan olub.
   7 avqust 1941 - Görkəmli hind yazıçısı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 6.5. 1861-1941) vəfat edib. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
   
   8 avqust 1928 - Rusiyanın Xalq artisti, məşhur aktrisa Nina Menşikova (1928-2007) anadan olub. Filmləri: “Əsgər haqqında ballada”, “Qızlar”, “Rezident” əməliyyatının sonu” və s.
   8 avqust 1937 - Amerika aktyoru Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı), “Tutsi”, “Epidemiya”, “Kramer Kramerə qarşı” (“Oskar”), “Kapitan Kryuk” və s.
   8 avqust 1943 - Rusiya kinorejissoru, prodüser Yuli Qusman Bakıda doğulub. “60-70-ci illərdə Bakı “KVN” klubunun kapitanı olub. Filmləri: “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Bir ailə üçün bağ evi”, “Sovet dövrünün parkı” və s.
   
   9 avqust 1899 - Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers - əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifi kimi tanınıb.
   9 avqust 1962 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse; 2.7.1877 - 1962) vəfat edib. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
   9 avqust 1963 - Məşhur Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston; 1953-11.2.2012) anadan olub. 1992-ci ildə çəkildiyi “Cangüdən” filmi (Kevin Kostnerlə birgə) ilə şöhrət qazanıb. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.
   9 avqust 1975 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Şostakoviç (25.9.1906 - 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Bir sıra məşhur filmlərə (“Ovod”, “Hamlet” və s.) musiqi yazıb.
   
   
   Hazırladı: Vüqar Orxan